SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

RF XİN rəsmisi: “Moskva ilə Bakı arasında əlaqələr yüksəlişdədir”

© Sputnik / Владимир ТрефиловRusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Kaluqin qeyd edib ki, Rusiya XİN “3+2” platformasına böyük diqqət yetirir.
BAKI, 27 noyabr - Sputnik. “Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksəlişdədir”.
“Report”un məlumatına görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Moskvada keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının IV iclasının yekunları ilə bağlı deyib.
Onun sözlərinə görə, görüşün yekununda qəbul edilən kommünike gələcək illər üçün dialoqun inkişafı vektorlarını müəyyən edib: “İki ölkə bunu gücləndirməyə və inkişaf etdirməyə çalışacaq”.
M.Kaluqin qeyd edib ki, Rusiya XİN “3+2” platformasına böyük diqqət yetirir.
O xatırladıb ki, Gürcüstan bu formatda iştirak etməyib: “Lakin onun üzünə qapı hər zaman açıqdır”.
Direktor müavininin fikrincə, Qərb platformalarında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün təklif olunanların hamısı Rusiya-Azərbaycan-Ermənistan mexanizmindən götürülüb: “Onlar bizim nailiyyətlərimizi oğurlamağa çalışırlar. Bu istiqamətdə həll yollarını özümüz tapmalıyıq”.
Xəbər lenti
0