https://sputnik.az/20231127/parlamentde-agdere-rayonunun-berpasi-meselesi-muzakire-olunur-460886479.html
Parlamentdə Ağdərə rayonunun bərpası məsələsi müzakirə olunur
Parlamentdə Ağdərə rayonunun bərpası məsələsi müzakirə olunur
Sputnik Azərbaycan
Milli Məclisdə Ağdərə rayonunun yaradılması və Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif... 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T12:07+0400
2023-11-27T12:07+0400
2023-11-27T12:08+0400
ağdərə
azərbaycan xəbərləri
milli məclis
müzakirə
ağdam rayonu
kəlbəcər rayonu
https://cdnn1.img.sputnik.az/img/40760/25/407602522_0:283:2941:1937_1920x0_80_0_0_e6a878170b49c347dc5f98f5aa82643f.jpg
BAKI, 27 noyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir. İclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" və "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur. Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq. Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur. İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40760/25/407602522_0:0:2731:2048_1920x0_80_0_0_325ca1e6677d8516e97f1ca290205fcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ağdərə, milli məclis, müzakirə, ağdam rayonu, kəlbəcər rayonu
ağdərə, milli məclis, müzakirə, ağdam rayonu, kəlbəcər rayonu
Parlamentdə Ağdərə rayonunun bərpası məsələsi müzakirə olunur
12:07 27.11.2023 (Yenilənib: 12:08 27.11.2023) Milli Məclisdə Ağdərə rayonunun yaradılması və Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin müzakirəsi başlayıb.
BAKI, 27 noyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir.
İclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" və "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.
Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.