CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbdə döyüldüyü iddia olunan şagirdlə bağlı yeni xəbər

© iStock.com / GeorgiaCourtMəktəblilər, arxiv şəkli
Məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Vüsalə Quliyeva bildirib ki, övladına məktəbdə heç bir tibbi yardım göstərilməyib. 
BAKI, 27 noyabr — Sputnik. Bakıda 90 saylı məktəbdə gözü zədə alan şagirdin valideyni məktəb direktoru və sinif rəhbərindən şikayətçidir. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən 90 saylı məktəbin 2F sinif şagirdi Təranə Məmmədzadənin anası Vüsalə Quliyeva bildirib ki, hazırda övladı ilə xəstəxanadadır.
"Bu hadisə noyabrın 7-də, məktəbdə Zəfər Günü ilə bağlı tədbirin keçirildiyi gün baş verib. Mənim övladıma məktəbdə heç bir tibbi yardım göstərilməyib. Məktəb direktoru Svetlana Nəbiyeva ilə əlaqə yaratmağa çalışsam da, dedilər onu narahat etmək olmaz. Övladımın gözü 9 gün keçdikdən sonra açıldı. İndi görməyə başlayır. Sinif rəhbəri Südabə Şükürova isə məni 102 -ə şikayət etməkdə günahlandırır. 8 yaşlı uşağın sağlamlığı və təhsildən kənar qalması məktəb rəhbərliyini maraqlandırmır".
V. Quliyeva bildirib ki, uşağın gözünün üstünə hematoma yığıldığından əməliyyat olunması nəzərdə tutulur.
Valideynin iddiası ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı.
***
Bakıda Ramana qəsəbəsində yerləşən məktəbdə şagirdin döyülməsi iddiasına rəsmi cavab verilib. Sputnik Azərbaycan-ın sorğusuna 90 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Xəbər lenti
0