https://sputnik.az/20231127/kino-agentliyinin-musabiqesinde-11-film-layihesi-novbeti-merheleye-buraxilib-460883254.html
Kino Agentliyinin müsabiqəsində 11 film layihəsi növbəti mərhələyə buraxılıb
Kino Agentliyinin müsabiqəsində 11 film layihəsi növbəti mərhələyə buraxılıb
Sputnik Azərbaycan
Bu mərhələdə layihələr əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T11:23+0400
2023-11-27T11:23+0400
2023-11-27T11:24+0400
kino
mədəniyyət
müsabiqə
müsabiqə
film
film
agentlik
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 27 noyabr — Sputnik. Noyabrın 23-24-də Azərbaycan Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib. Seçim Komissiyası və Ekspert şurasının yekun iclası noyabrın 28-də keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino, müsabiqə, müsabiqə, film, film, agentlik
kino, müsabiqə, müsabiqə, film, film, agentlik
Kino Agentliyinin müsabiqəsində 11 film layihəsi növbəti mərhələyə buraxılıb
11:23 27.11.2023 (Yenilənib: 11:24 27.11.2023) Bu mərhələdə layihələr əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.
BAKI, 27 noyabr — Sputnik. Noyabrın 23-24-də Azərbaycan Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.
Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
Seçim Komissiyası və Ekspert şurasının yekun iclası noyabrın 28-də keçiriləcək.