https://sputnik.az/20231127/ermenistanin-dovlet-borcu-artir-460893760.html
Ermənistanın dövlət borcu artır
Ermənistanın dövlət borcu artır
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7% artıb. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T14:29+0400
2023-11-27T14:29+0400
2023-11-27T14:50+0400
ermənistan
dünya xəbərləri
dövlət borcu
mərkəzi bank
mərkəzi bank
dram
https://cdnn1.img.sputnik.az/img/40750/02/407500213_0:0:3373:1898_1920x0_80_0_0_c4ba10d7ff1202d0f1d5f6402cb971bd.jpg
BAKI, 27 noyabr — Sputnik. 2023-cü ilin 9 ayı ərzində Ermənistanın dramla dövlət borcunun payı 43% artıb. Bu barədə Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasında müzakirələr zamanı bildirib. Onun sözlərinə görə, ümumi strukturda dövlət borcunun dollarla payı 34%, avro ilə isə 9% təşkil edib. "Ermənistanın dövlət borcu hazırda müəyyən edilmiş qaydalar daxilindədir", - Sirunyan bildirib. Hazırda dövlət borcu 4,454 trilyon dram (11,322 milyard dollar) təşkil edir. Bu məbləğin 10,8 milyard dolları hökumətin borcudur. Nazir müavini bildirib ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7% artıb. Qeyd edək ki, Ermənistan hakimiyyətinin hesablamalarına görə, 2024-cü ilin sonunda Ermənistan hökumətinin borcu ÜDM-in 47%-dən 48,4%-nə yüksələcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40750/02/407500213_315:0:3046:2048_1920x0_80_0_0_6eab74f9971ff5488f45a016bcbb17c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, dövlət borcu, mərkəzi bank, mərkəzi bank, dram
ermənistan, dövlət borcu, mərkəzi bank, mərkəzi bank, dram
Ermənistanın dövlət borcu artır
14:29 27.11.2023 (Yenilənib: 14:50 27.11.2023) Nazir müavini bildirib ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7% artıb.
BAKI, 27 noyabr — Sputnik. 2023-cü ilin 9 ayı ərzində Ermənistanın dramla dövlət borcunun payı 43% artıb. Bu barədə Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasında müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, ümumi strukturda dövlət borcunun dollarla payı 34%, avro ilə isə 9% təşkil edib.
"Ermənistanın dövlət borcu hazırda müəyyən edilmiş qaydalar daxilindədir", - Sirunyan bildirib.
Hazırda dövlət borcu 4,454 trilyon dram (11,322 milyard dollar) təşkil edir. Bu məbləğin 10,8 milyard dolları hökumətin borcudur.
Nazir müavini bildirib ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7% artıb.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin hesablamalarına görə, 2024-cü ilin sonunda Ermənistan hökumətinin borcu ÜDM-in 47%-dən 48,4%-nə yüksələcək.