https://sputnik.az/20231127/elektron-qurgulardan-asililiq-intellekti-azaldir-460813264.html
Elektron qurğulardan asılılıq intellekti azaldır
Elektron qurğulardan asılılıq intellekti azaldır
Sputnik Azərbaycan
İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T08:03+0400
2023-11-27T08:03+0400
2023-11-27T08:03+0400
intellekt
elm
elektron
https://cdnn1.img.sputnik.az/img/42281/32/422813244_0:160:3076:1890_1920x0_80_0_0_13197f45a6ae878e693ef79978a5f5cc.jpg
BAKI, 27 noyabr — Sputnik. Elektron qurğulardan həddən artıq istifadə əqli qabiliyyətin pisləşməsi ilə əlaqələndirilir. Bu barədə Makkuori Universitetinin alimləri "The Conversation"a məlumat veriblər. Elm adamları elektron qurğulardan istifadənin müxtəlif formalarını (oyunlar, internetdə axtarışlar və sosial şəbəkələr də daxil olmaqla) öyrənən 34 tədqiqatın metaanalizini aparıblar. Ekrana baxma vaxtı həddən artıq olan və ya ekranlardan asılı olan insanlar daha aşağı zəka qabiliyyətləri nümayiş etdiriblər. Onların ən çox əziyyət çəkdiyi diqqət, yəni diqqəti uzun müddət daimi stimul üzərində saxlamaq bacarığı olub. Avtomatik reaksiyaları idarə etmək qabiliyyəti də azalıb. İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib. Alimlər zəif diqqətin elektron cihazdan istifadənin səbəbi və ya nəticəsi olduğuna əmin deyillər – bundan ötrü digər və daha çox araşdırmalar tələb olunacaq. Bununla belə, mövcud elmi işlər əsasən böyük ekran vaxtının zehni performansı pozduğunu təsdiqləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/32/422813244_173:0:2904:2048_1920x0_80_0_0_772747ce7bf769ef5f1954adb0dabd18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
intellekt, elektron
Elektron qurğulardan asılılıq intellekti azaldır
İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib.
BAKI, 27 noyabr — Sputnik. Elektron qurğulardan həddən artıq istifadə əqli qabiliyyətin pisləşməsi ilə əlaqələndirilir. Bu barədə Makkuori Universitetinin alimləri "The Conversation"a məlumat veriblər.
Elm adamları elektron qurğulardan istifadənin müxtəlif formalarını (oyunlar, internetdə axtarışlar və sosial şəbəkələr də daxil olmaqla) öyrənən 34 tədqiqatın metaanalizini aparıblar. Ekrana baxma vaxtı həddən artıq olan və ya ekranlardan asılı olan insanlar daha aşağı zəka qabiliyyətləri nümayiş etdiriblər.
Onların ən çox əziyyət çəkdiyi diqqət, yəni diqqəti uzun müddət daimi stimul üzərində saxlamaq bacarığı olub. Avtomatik reaksiyaları idarə etmək qabiliyyəti də azalıb. İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib.
Alimlər zəif diqqətin elektron cihazdan istifadənin səbəbi və ya nəticəsi olduğuna əmin deyillər – bundan ötrü digər və daha çox araşdırmalar tələb olunacaq. Bununla belə, mövcud elmi işlər əsasən böyük ekran vaxtının zehni performansı pozduğunu təsdiqləyir.