https://sputnik.az/20231127/defn-ucun-muavinet-merhelelerle-artirilacaq---nazir-460904246.html
Dəfn üçün müavinət mərhələlərlə artırılacaq - Nazir
Dəfn üçün müavinət mərhələlərlə artırılacaq - Nazir
Sputnik Azərbaycan
Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T21:51+0400
2023-11-27T21:51+0400
2023-11-27T21:51+0400
cəmiyyət
sahil babayev
sahil babayev
dəfn
müavinət
dövlət sosial müdafiə fondu
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/07/424625624_0:156:1501:1000_1920x0_80_0_0_e0bd4c375efe47e3613cd05a41753d60.jpg
BAKI, 27 noyabr — Sputnik. "Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsi bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanın arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq". Müraciət etmə qaydası Qeyd edək ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/07/424625624_53:0:1386:1000_1920x0_80_0_0_1e2c0b15d64818dac98d62fe83b6fc07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahil babayev, sahil babayev, dəfn, müavinət, dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiə nazirliyi
sahil babayev, sahil babayev, dəfn, müavinət, dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu, əmək və əhalinin sosial müdafiə nazirliyi
Dəfn üçün müavinət mərhələlərlə artırılacaq - Nazir
Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb.
BAKI, 27 noyabr — Sputnik. "Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsi bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanın arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq".
Qeyd edək ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.