DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: İsrailin təhlükəsizliyinin təminatı Fələstin dövlətinin yaradılması olacaq

© AP Photo / Hadi MizbanAvropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell, arxiv şəkli
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Borrelin sözlərinə görə, Qəzza zolağının İsraildən başlayaraq bütün regionda sabitliyi poza biləcək nəzarətsiz silahlı qrupların əlinə keçməsinin qarşısını almaq üçün bu ərazi öz xalqını təmsil edən dövlət tərəfindən idarə olunmalıdır.
BAKI, 27 noyabr — Sputnik. İsrailin təhlükəsizliyi üçün ən yaxşı təminat Fələstin dövlətinin yaradılması olacaq. Bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
"Biz sülh imkanlarını açıq saxlamalıyıq. Mənim regiona son səfərim İsrailin təhlükəsizliyinin ən yaxşı təminatının Fələstin dövlətinin yaradılması olduğuna inamımı gücləndirdi", - Borrell Financial Times üçün yazdığı məqalədə qeyd edib.
Borrelin sözlərinə görə, Qəzza zolağının İsraildən başlayaraq bütün regionda sabitliyi poza biləcək nəzarətsiz silahlı qrupların əlinə keçməsinin qarşısını almaq üçün bu ərazi öz xalqını təmsil edən dövlət tərəfindən idarə olunmalıdır.
"İsrailin öz təhlükəsizliyi üçün Qəzza zolağında və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş İordan çayının qərb sahilində Fələstin dövlətinin yaradılması tələb olunur", - Borrell bildirib.
O, həmçinin əlavə edib ki, Fələstin Muxtariyyətini zəiflətməkdən çəkinmək lazımdır.
Xəbər lenti
0