Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın "Laçın" qırıcıları təlim keçirib, yerüstü hədəflərə zərbələr endirilib

© AR Ministry of DefenceSu-25ML tipli təyyarələrdən təlim atışları icra edilib
Su-25ML tipli təyyarələrdən təlim atışları icra edilib - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
BAKI, 27 noyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.
Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
Xəbər lenti
0