https://sputnik.az/20231127/azerbaycanda-reklam-haqqinda-qanun-deyisecek-460898661.html
Azərbaycanda "Reklam haqqında" qanun dəyişəcək
Azərbaycanda "Reklam haqqında" qanun dəyişəcək
Sputnik Azərbaycan
Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T17:05+0400
2023-11-27T17:05+0400
2023-11-27T17:12+0400
reklam
iqtisadiyyat
qanun
milli məclis
qanunvericilik
monitorinq
https://cdnn1.img.sputnik.az/img/41360/80/413608082_0:43:2000:1168_1920x0_80_0_0_47e105396ad019e98d3a1dd31a424bef.jpg
BAKI, 27 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Reklam haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi hazırlayıb. Bu barədə Dövlət Xidmətindən bildirilib. Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edib. "Reklam haqqında" qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti həyata keçirmək Dövlət Xidmətinin vəzifələrindən biridir. Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. Aparılan monitorinqlər reklam subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi hallarının olduğunu göstərir. Aşkar olunan halların araşdırılması zamanı reklam subyektlərinin pozuntu əlamətlərinə daha çox sosial şəbəkələr də daxil olmaqla, internet informasiya ehtiyatlarında yayımlanan reklamlarda (yəni reklam bannerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) yol verdiyi müəyyən edilib. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Xidməti rəqəmsal platformalarda reklam fəaliyyətinin tənzimlənməsi barədə beynəlxalq təcrübəni (Fransa, Türkiyə, Rusiya, Avropa İttifaqı, Birləşmiş Krallıq) araşdırıb və bu kimi halların aradan qaldırılması üçün "Reklam haqqında" qanunda dəyişiklik layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, qanunvericiliyə yeni anlayışların daxil edilməsi, bir sıra normalara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə edilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41360/80/413608082_220:0:2000:1335_1920x0_80_0_0_57f165201b8da015b0d0cbb13b8d1809.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
reklam, qanun, milli məclis, qanunvericilik, monitorinq
reklam, qanun, milli məclis, qanunvericilik, monitorinq
Azərbaycanda "Reklam haqqında" qanun dəyişəcək
17:05 27.11.2023 (Yenilənib: 17:12 27.11.2023) Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır.
BAKI, 27 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Reklam haqqında" qanunda dəyişikliklə bağlı qanun layihəsi hazırlayıb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edib. "Reklam haqqında" qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti həyata keçirmək Dövlət Xidmətinin vəzifələrindən biridir.
Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. Aparılan monitorinqlər reklam subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi hallarının olduğunu göstərir. Aşkar olunan halların araşdırılması zamanı reklam subyektlərinin pozuntu əlamətlərinə daha çox sosial şəbəkələr də daxil olmaqla, internet informasiya ehtiyatlarında yayımlanan reklamlarda (yəni reklam bannerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) yol verdiyi müəyyən edilib.
Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Xidməti rəqəmsal platformalarda reklam fəaliyyətinin tənzimlənməsi barədə beynəlxalq təcrübəni (Fransa, Türkiyə, Rusiya, Avropa İttifaqı, Birləşmiş Krallıq) araşdırıb və bu kimi halların aradan qaldırılması üçün "Reklam haqqında" qanunda dəyişiklik layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, qanunvericiliyə yeni anlayışların daxil edilməsi, bir sıra normalara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə edilməsi nəzərdə tutulur.