https://sputnik.az/20231127/avropa-ttifaqinda-yuz-minlerle-ton-qehve-ve-kakao-mehv-edile-biler-460904574.html
Avropa İttifaqında yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər
Avropa İttifaqında yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər
Sputnik Azərbaycan
Yeni qanuna görə istehsalı və satışı meşələrin məhvinə səbəb olan məhsulların ixracını və idxalı qadağan edilib. 27.11.2023, Sputnik Azərbaycan
2023-11-27T23:22+0400
2023-11-27T23:22+0400
2023-11-28T10:31+0400
dünya xəbərləri
kakao
avropa ittifaqı
qəhvə
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460909834_0:160:3072:1888_1920x0_80_0_0_b4276a5e36e912a3cc6c1bc5fdbd7df4.jpg
BAKI, 27 noyabr — Sputnik. Avropa İttifaqında anbarlarda saxlanılan böyük qəhvə və kakao ehtiyatları meşələrin qırılması ilə mübarizəyə dair yeni qanunun qəbulu səbəbindən məhv edilə bilər. Bu barədə "Financial Times" xəbər verib.İyun ayında Ai-də meşələrin qırılmasına qarşı qanun qüvvəyə minib. Qanuna görə istehsalı və satışı meşələrin məhvinə səbəb olan məhsulların ixracını və idxalı qadağan edilib. Bura palma yağı, mal əti, qəhvə, kakao, soya və şokolad kimi məhsullar daxildir. Qanun, həmçinin, qanun ekoloji cəhətdən idarə olunan bölgələrdən gəldiyi təsdiqlənmədiyi təqdirdə mebel və çap kağız məhsullarına da aiddir. Nəşrin məlumatına görə, Aİ anbarlarında saxlanılan yüz minlərlə ton kakao və qəhvə məhv ola bilər. Keçid dövrü 2024-cü ilin dekabrında başa çatacaq, bundan sonra standartlara uyğun gəlməyən mallar məhv edilməli və ya ittifaqdan kənarda satılmalıdır. Kakaonun əsas istehsalçıları Kot-d'İvuar və Qana, qəhvənin isə - Braziliya, Vyetnam, Kolumbiya və İndoneziyadır. Bundan əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq Biznes kafedrasının professoru Konstantin Lebedev 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində kakao məhsulları və şokoladın 35-50 bahalaşacağını ehtimal etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460909834_171:0:2902:2048_1920x0_80_0_0_a2214a294a075607200a30b211253e3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kakao, avropa ittifaqı, qəhvə
kakao, avropa ittifaqı, qəhvə
Avropa İttifaqında yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər
23:22 27.11.2023 (Yenilənib: 10:31 28.11.2023) Yeni qanuna görə istehsalı və satışı meşələrin məhvinə səbəb olan məhsulların ixracını və idxalı qadağan edilib.
BAKI, 27 noyabr — Sputnik. Avropa İttifaqında anbarlarda saxlanılan böyük qəhvə və kakao ehtiyatları meşələrin qırılması ilə mübarizəyə dair yeni qanunun qəbulu səbəbindən məhv edilə bilər.
Bu barədə "Financial Times" xəbər verib.İyun ayında Ai-də meşələrin qırılmasına qarşı qanun qüvvəyə minib. Qanuna görə istehsalı və satışı meşələrin məhvinə səbəb olan məhsulların ixracını və idxalı qadağan edilib.
Bura palma yağı, mal əti, qəhvə, kakao, soya və şokolad kimi məhsullar daxildir. Qanun, həmçinin, qanun ekoloji cəhətdən idarə olunan bölgələrdən gəldiyi təsdiqlənmədiyi təqdirdə mebel və çap kağız məhsullarına da aiddir.
Nəşrin məlumatına görə, Aİ anbarlarında saxlanılan yüz minlərlə ton kakao və qəhvə məhv ola bilər. Keçid dövrü 2024-cü ilin dekabrında başa çatacaq, bundan sonra standartlara uyğun gəlməyən mallar məhv edilməli və ya ittifaqdan kənarda satılmalıdır.
Kakaonun əsas istehsalçıları Kot-d'İvuar və Qana, qəhvənin isə - Braziliya, Vyetnam, Kolumbiya və İndoneziyadır.
Bundan əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq Biznes kafedrasının professoru Konstantin Lebedev 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində kakao məhsulları və şokoladın 35-50 bahalaşacağını ehtimal etmişdi.