https://sputnik.az/20231126/ust-2022-ci-ilin-evvelinden-dunyada-meymunciceyine-92-min-yoluxma-askarlanib-460871255.html
ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb
ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb
Sputnik Azərbaycan
Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub. 26.11.2023, Sputnik Azərbaycan
2023-11-26T10:35+0400
2023-11-26T10:35+0400
2023-11-26T10:35+0400
səhiyyə
meymunçiçəyi
üst
üst
ümumdünya səhiyyə təşkilatı
yoluxma
https://cdnn1.img.sputnik.az/img/07e6/05/16/442144239_0:33:700:427_1920x0_80_0_0_d95c2a1be7ee8292d3e25a40ad50dfbc.jpg
BAKI, 26 noyabr - Sputnik. Cari ilin oktyabrında dünyada meymunçiçəyinə 660-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər yoluxanların ümumi sayı 91,7 mini keçib, 167 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub."Oktyabrın 1-dən oktyabrın 31-dək dünyada 668 yeni yoluxma halı qeydə alınıb ki, bu da sentyabr ayı ilə müqayisədə 23% azdır. Oktyabr ayı ərzində ən çox yoluxma halları iki regionda - Qərbi Sakit okean (bütün infeksiyaların 30%-i) və Avropa (25%) aşkarlanıb. Oktyabrda 13 ölkə sentyabr ayı ilə müqayisədə yoluxma sayının artdığını bildirib", - məlumatda deyilir.Oktyabrın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 771). Siyahlda sonrakı yerləri Braziliya (10 967), İspaniya (7 647), Fransa (4 161), Kolumbiya (4 090), Meksika (4 065), Böyük Britaniya (3 820), Peru (3 812), Almaniya (3 757) və Çin (1 935) tutur. Ümumilikdə yoluxmaların 81,7%-i bu ölkələrin payına düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 %) 29-41 yaş arası kişilərdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/16/442144239_44:0:656:459_1920x0_80_0_0_f9536e2596cbe915cc7474bb0adc4a37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meymunçiçəyi, üst, üst, ümumdünya səhiyyə təşkilatı, yoluxma
meymunçiçəyi, üst, üst, ümumdünya səhiyyə təşkilatı, yoluxma
ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb
Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub.
BAKI, 26 noyabr - Sputnik. Cari ilin oktyabrında dünyada meymunçiçəyinə 660-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər yoluxanların ümumi sayı 91,7 mini keçib, 167 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub.
"Oktyabrın 1-dən oktyabrın 31-dək dünyada 668 yeni yoluxma halı qeydə alınıb ki, bu da sentyabr ayı ilə müqayisədə 23% azdır. Oktyabr ayı ərzində ən çox yoluxma halları iki regionda - Qərbi Sakit okean (bütün infeksiyaların 30%-i) və Avropa (25%) aşkarlanıb. Oktyabrda 13 ölkə sentyabr ayı ilə müqayisədə yoluxma sayının artdığını bildirib", - məlumatda deyilir.
Oktyabrın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 771). Siyahlda sonrakı yerləri Braziliya (10 967), İspaniya (7 647), Fransa (4 161), Kolumbiya (4 090), Meksika (4 065), Böyük Britaniya (3 820), Peru (3 812), Almaniya (3 757) və Çin (1 935) tutur. Ümumilikdə yoluxmaların 81,7%-i bu ölkələrin payına düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 %) 29-41 yaş arası kişilərdir.