DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanla Rəisi Qəzzanı müzakirə edib

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 26.11.2023
Abunə olmaq
Danışıqda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
BAKI, 26 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
“Başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib”, – mətbuat xidməti diqqətə çatdırıb.
Eyni zamanda, qeyd olunub ki, telefon danışığı zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0