https://sputnik.az/20231126/bitkilerin-yer-kuresinin-xilasinda-esas-rolu-uze-cixarilib-460749332.html
Bitkilərin Yer kürəsinin xilasında əsas rolu üzə çıxarılıb
Bitkilərin Yer kürəsinin xilasında əsas rolu üzə çıxarılıb
Sputnik Azərbaycan
Alimlər hesab edirdilər ki, şiddətli quraqlıq və istilər yerüstü ekosistemlərin udma qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər. 26.11.2023, Sputnik Azərbaycan
2023-11-26T21:07+0400
2023-11-26T21:07+0400
2023-11-26T21:44+0400
bitki
elm
yer kürəsi
karbon tullantıları
karbondioksid
quraqlıq
qlobal quraqlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436459207_0:159:3078:1890_1920x0_80_0_0_34faaf2961ed50298ea70849c2fda111.jpg
BAKI, 26 noyabr — Sputnik. Avstraliyalı alimlər Yer kürəsini fəlakətli iqlim dəyişikliyindən xilas etməkdə bitkilərin potensial rolunu açıqlayıblar. Təkmilləşdirilmiş ekoloji modelləşdirməyə əsasən, bütün dünyada bitkilər insan fəaliyyəti nəticəsində atmosferə sızmış karbon qazını əvvəl düşünüldüyündən daha çox udmaq iqtidarındadırlar. Bu barədə "Science Advances" jurnalında dərc olunan məqalədə bəhs edilib. Tədqiqatçılar müəyyən ediblər ki, qlobal istiləşmənin təsirlərini proqnozlaşdırmaq üçün istifadə edilən yaxşı qurulmuş iqlim modeli, fotosintez prosesinin bəzi xüsusiyyətlərini - məsələn, karbon dioksidin yarpağın içərisində nə qədər səmərəli hərəkət edə biləcəyi, bitkilərin temperatur dəyişikliklərinə necə uyğunlaşdığı və qida maddələrini necə payladığı nəzərə alaraq, 21-ci əsrin sonunda bitkilər tərəfindən karbon qazının udulmasının artacağını proqnozlaşdırır. Fotosintez vasitəsilə karbon fiksasiyası iqlim dəyişikliyini yumşaltmaq üçün təbii mexanizm rolunu oynayır. Son bir neçə onillikdə karbon qazının konsentrasiyasının artması səbəbindən karbon udulmasının güclənməsi barədə məlumat verilib. Bununla belə, bitki örtüyünün CO2, temperatur və yağış səviyyələrinə necə reaksiya verəcəyi bəlli deyildi ki, bu da bu gün müşahidə olunanlardan fərqlidir. Alimlər hesab edirdilər ki, şiddətli quraqlıq və istilər yerüstü ekosistemlərin udma qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Yeni işdə iqlim modelinin bir neçə fərqli versiyasını araşdırılıb. Ən sadə versiya fotosintezlə əlaqəli üç kritik fizioloji mexanizmə məhəl qoymayıb, ən mürəkkəb versiya isə hər üç mexanizmi nəzərə alıb. Məlum olub ki, sonuncu halda bütün dünyada bitkilər tərəfindən karbon udulmasının əhəmiyyətli dərəcədə artması proqnozlaşdırılır. Hər üç proses bir-birini gücləndirib ki, bu da ayrı-ayrılıqda nəzərdən keçirilən təsirlərin sadə cəmini aşıb. Bununla belə, alimlər qeyd ediblər ki, təkcə ağacların əkilməsi atmosferdə karbon qazının artması ilə bağlı bütün problemləri həll etməyəcək - antropogen emissiyaları azaltmaq lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436459207_174:0:2905:2048_1920x0_80_0_0_781493feca34b7bf74f0aa9e99eadd97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bitki, yer kürəsi, karbon tullantıları, karbondioksid, quraqlıq, qlobal quraqlıq
bitki, yer kürəsi, karbon tullantıları, karbondioksid, quraqlıq, qlobal quraqlıq
Bitkilərin Yer kürəsinin xilasında əsas rolu üzə çıxarılıb
21:07 26.11.2023 (Yenilənib: 21:44 26.11.2023) Alimlər hesab edirdilər ki, şiddətli quraqlıq və istilər yerüstü ekosistemlərin udma qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
BAKI, 26 noyabr — Sputnik. Avstraliyalı alimlər Yer kürəsini fəlakətli iqlim dəyişikliyindən xilas etməkdə bitkilərin potensial rolunu açıqlayıblar. Təkmilləşdirilmiş ekoloji modelləşdirməyə əsasən, bütün dünyada bitkilər insan fəaliyyəti nəticəsində atmosferə sızmış karbon qazını əvvəl düşünüldüyündən daha çox udmaq iqtidarındadırlar.
Bu barədə "Science Advances" jurnalında dərc olunan məqalədə bəhs edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, qlobal istiləşmənin təsirlərini proqnozlaşdırmaq üçün istifadə edilən yaxşı qurulmuş iqlim modeli, fotosintez prosesinin bəzi xüsusiyyətlərini - məsələn, karbon dioksidin yarpağın içərisində nə qədər səmərəli hərəkət edə biləcəyi, bitkilərin temperatur dəyişikliklərinə necə uyğunlaşdığı və qida maddələrini necə payladığı nəzərə alaraq, 21-ci əsrin sonunda bitkilər tərəfindən karbon qazının udulmasının artacağını proqnozlaşdırır.
Fotosintez vasitəsilə karbon fiksasiyası iqlim dəyişikliyini yumşaltmaq üçün təbii mexanizm rolunu oynayır. Son bir neçə onillikdə karbon qazının konsentrasiyasının artması səbəbindən karbon udulmasının güclənməsi barədə məlumat verilib. Bununla belə, bitki örtüyünün CO2, temperatur və yağış səviyyələrinə necə reaksiya verəcəyi bəlli deyildi ki, bu da bu gün müşahidə olunanlardan fərqlidir. Alimlər hesab edirdilər ki, şiddətli quraqlıq və istilər yerüstü ekosistemlərin udma qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Yeni işdə iqlim modelinin bir neçə fərqli versiyasını araşdırılıb. Ən sadə versiya fotosintezlə əlaqəli üç kritik fizioloji mexanizmə məhəl qoymayıb, ən mürəkkəb versiya isə hər üç mexanizmi nəzərə alıb. Məlum olub ki, sonuncu halda bütün dünyada bitkilər tərəfindən karbon udulmasının əhəmiyyətli dərəcədə artması proqnozlaşdırılır. Hər üç proses bir-birini gücləndirib ki, bu da ayrı-ayrılıqda nəzərdən keçirilən təsirlərin sadə cəmini aşıb.
Bununla belə, alimlər qeyd ediblər ki, təkcə ağacların əkilməsi atmosferdə karbon qazının artması ilə bağlı bütün problemləri həll etməyəcək - antropogen emissiyaları azaltmaq lazımdır.