https://sputnik.az/20231126/a-olkeleri-rusiyaya-qarsi-sanksiyalar-tekliflerini-yumsaltmaq-isteyirler-460874860.html
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar təkliflərini yumşaltmaq istəyirlər
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar təkliflərini yumşaltmaq istəyirlər
Sputnik Azərbaycan
Bəzi dövllətlər üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını... 26.11.2023, Sputnik Azərbaycan
2023-11-26T16:29+0400
2023-11-26T16:29+0400
2023-11-26T16:29+0400
dünya xəbərləri
rusiya əleyhinə sanksiyalar
sanksiyalar
sanksiya
rusiya
ai
ai
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_29:0:991:541_1920x0_80_0_0_76e7f88f4e856c7c5eb7259ce9afb96a.jpg
BAKI, 26 noyabr - Sputnik. Bəzi Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təkliflərini yumşaltmaqda israrlıdırlar.“Bloomberg” bu barədə xəbər verib.“Bir qrup üzv dövlət üçüncü ölkələr vasitəsilə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalardan yayınmağı dayandırmağa yönəlmiş təkliflərini yumşaltmaqda israrlıdır”, - materialda belə deyilir.Agentliyin məlumatına görə, Avropa İttifaqında onlar sanksiyaların sərtləşdirilməsinin ilk növbədə Avropa ölkələrinin özlərinə zərər verəcəyindən ehtiyat edirlər. Bir sıra dövlətlərin fikrincə, üçüncü ölkə firmalarının Rusiyaya təkrar ixracına əlavə qadağaların qoyulması xarici biznes tərəfdaşlarını qorxuda bilər ki, bu da son nəticədə Avropa firmalarının rəqabət üstünlüklərini itirməsinə səbəb olacaq.Bununla əlaqədar bəzi ölkələr üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını təklif ediblər.Bundan əvvəl bildirilmişdi ki, daha bir ölkə Rusiyaya qarşı sanksiyaların qəbuluna qarşı çıxa bilər. Ukrayna mətbuatının yazdığına görə, Hollandiyada keçirilən parlament seçkilərində Qert Vildersin “Azadlıq Partiyası”nın qələbəsi siyasətçi yeni sanksiyalara qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbana yaxın olduğu səbəbindən Kiyev üçün böyük problemə çevrilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_149:0:870:541_1920x0_80_0_0_a82444a2a4a6020c5d064a6ab27d715a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya əleyhinə sanksiyalar, sanksiyalar, sanksiya, rusiya, ai, ai, avropa ittifaqı
rusiya əleyhinə sanksiyalar, sanksiyalar, sanksiya, rusiya, ai, ai, avropa ittifaqı
Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar təkliflərini yumşaltmaq istəyirlər
Bəzi dövllətlər üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını təklif ediblər.
BAKI, 26 noyabr - Sputnik. Bəzi Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təkliflərini yumşaltmaqda israrlıdırlar.
“Bloomberg” bu barədə xəbər verib.
“Bir qrup üzv dövlət üçüncü ölkələr vasitəsilə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalardan yayınmağı dayandırmağa yönəlmiş təkliflərini yumşaltmaqda israrlıdır”, - materialda belə deyilir.
Agentliyin məlumatına görə, Avropa İttifaqında onlar sanksiyaların sərtləşdirilməsinin ilk növbədə Avropa ölkələrinin özlərinə zərər verəcəyindən ehtiyat edirlər. Bir sıra dövlətlərin fikrincə, üçüncü ölkə firmalarının Rusiyaya təkrar ixracına əlavə qadağaların qoyulması xarici biznes tərəfdaşlarını qorxuda bilər ki, bu da son nəticədə Avropa firmalarının rəqabət üstünlüklərini itirməsinə səbəb olacaq.
Bununla əlaqədar bəzi ölkələr üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını təklif ediblər.
Bundan əvvəl bildirilmişdi ki, daha bir ölkə Rusiyaya qarşı sanksiyaların qəbuluna qarşı çıxa bilər. Ukrayna mətbuatının yazdığına görə, Hollandiyada keçirilən parlament seçkilərində Qert Vildersin “Azadlıq Partiyası”nın qələbəsi siyasətçi yeni sanksiyalara qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbana yaxın olduğu səbəbindən Kiyev üçün böyük problemə çevrilə bilər.