https://sputnik.az/20231125/turk-dunyasi-memarlarinin-susa-simpoziumu-kecirilib-460866679.html
Türk dünyasının sayılıb-seçilən memarlarının Şuşa simpoziumu keçirilib
Türk dünyasının sayılıb-seçilən memarlarının Şuşa simpoziumu keçirilib
Sputnik Azərbaycan
Türk memarlar Şuşanı necə şəkilləndirməyi müzakirə ediblər
2023-11-25T21:40+0400
2023-11-25T21:40+0400
2023-11-25T22:06+0400
mədəniyyət
şuşa
memar
simpozium
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970392_0:104:2000:1229_1920x0_80_0_0_747a13f2b743256dcad807d01b550d16.jpg
BAKI, 25 noyabr - Sputnik. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində noyabrın 24-25-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Türk dünyası memarlarının Şuşa simpoziumu” başa çatıb.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edib. Simpoziumun təşkilində əsas məqsəd Şuşada aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası və konservasiyasında, tarixi mühitin abadlaşdırılmasında Türk dünyası memarlarının təcrübəsinin öyrənilməsidir.Simpoziumun ilk günündə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şuşanın tarixi və memarlığı ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra simpoziumun rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmilər iştirak ediblər.Sonra Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan memarları Şuşada bərpası və konservasiyası aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələri ilə bağlı təqdimatlarla çıxış ediblər.Daha sonra simpozium iştirakçıları şəhərdə bərpa olunan tarixi abidləri və məscidləri ziyarət ediblər. Onlara tarixi abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib.Simpoziumun ilk günündə “Turistlərin və sakinlərin abidələrə təsiri və bu proseslərin tənzimlənməsi” mövzusunda müzakirələr aparılıb.Şuşa simpoziumu ikinci gün işinə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri” mövzusunda panel müzakirələrlə başlayıb.Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı Müslüm İmranlının moderatorluğu ilə keçirilən panel müzakirələrdə Mustafa Yigit (Türkiyə), Aydar Yerassyl (Qazaxıstan), Aytən Abdullayeva (Azərbaycan), Zulduz Talantbekova (Qırğızıstan) və digərləri ölkələrində bələdiyyələrin mədəni irsin qorunmasında rolu, tarixi ərazilərin tədqiqi, mühafizə qanunvericiliyinin tarixi prosesi ilə bağlı çıxış edərək fikirlərini bildirib, təcrübələrini bölüşüblər.Sonra simpoziumun işində daha çox maraq cəlb edən “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzusunda müzakirələr olub.Pərviz Poluxzadənin moderatorluq etdiyi müzakirələrdə Elçin Əliyev, Günay Ağayeva (hər ikisi Azərbaycan), Rumeysa Ragsana Hasanzadə, Mavlyuda Yusupova (hər ikisi Özbəkistan), Rahime Busra Uras (Türkiyə) və Saduakas Agitayev (Qazaxıstan) memarlıq abidələrinin bərpası, sənədləşdirilməsi, bərpa məktəblərinin işi ilə bağlı təqdimatlarla çıxış ediblər. Natiqlər memarlıq incilərinin qorunub saxlanılması istiqamətində təkliflərini səsləndiriblər.Özbəkistan memarları Baxtiyar Babamuradov və Şahboz Mustafoev orta əsr memarlıq abidələrinin bərpa nümunələri haqqında danışıb, bu istiqamətdə perspektivləri diqqətə çatdırıblar. Azərbaycan təmsilçisi İlham Şıxsəyidov “Şuşa qalasının bərpası” mövzusunda çıxış edərək maraqlı məqamları vurğulayıblar. Macarıstandan gələn memar “Osmanlı Türk imperiyasının ən şimalda duran tikili” mövzusu ilə çıxış edib.Daha sonra tarixi abidələrin müasir konservasiyası ilə bağlı çıxışlar olub. Nigar Ramazanova (Azərbaycan) “Qarabağ memarlığının təkamülü), Şuşa şəhərinin bərpasında böyük əməyi olan tanınmış memar Pietro Laureano (İtaliya) “Beynəlxalq təcrübəyə münasibətdə bərpa seçimləri: rekonstruksiya, ənənəvi üsullar, innovativ həllər”, Unal Mehmet, Ceylan Oğuz və Mehmet Emin Yılmaz (hər üçü Türkiyə) tarixi abidələrdə konservasiya ilə bağlı Türkiyə təcrübəsi barədə danışıb, təcrübələrini bölüşüblər.Tədbir müzakirələrlə davam edib.Sonda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov simpoziumda iştirak edən türkdilli ölkələrin memarlarına təşəkkürünü bildirib, bu tədbirin tarixi abidələrin bərpası və konservasiyası işinə, Türk memarlığının inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.Beləliklə, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın ev sahibliyi etdiyi daha bir beynəlxalq tədbir uğurla başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970392_112:0:1889:1333_1920x0_80_0_0_d164ebf2aeacc9f667fd55e1217d76aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türk memarlar şuşa türk dünyası
türk memarlar şuşa türk dünyası
Türk dünyasının sayılıb-seçilən memarlarının Şuşa simpoziumu keçirilib
21:40 25.11.2023 (Yenilənib: 22:06 25.11.2023) Natiqlər memarlıq incilərinin qorunub saxlanılması istiqamətində təkliflərini səsləndiriblər.
BAKI, 25 noyabr - Sputnik. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində noyabrın 24-25-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən “Türk dünyası memarlarının Şuşa simpoziumu” başa çatıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edib. Simpoziumun təşkilində əsas məqsəd Şuşada aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası və konservasiyasında, tarixi mühitin abadlaşdırılmasında Türk dünyası memarlarının təcrübəsinin öyrənilməsidir.
Simpoziumun ilk günündə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şuşanın tarixi və memarlığı ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra simpoziumun rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmilər iştirak ediblər.
Sonra Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan memarları Şuşada bərpası və konservasiyası aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələri ilə bağlı təqdimatlarla çıxış ediblər.
Daha sonra simpozium iştirakçıları şəhərdə bərpa olunan tarixi abidləri və məscidləri ziyarət ediblər. Onlara tarixi abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib.
Simpoziumun ilk günündə “Turistlərin və sakinlərin abidələrə təsiri və bu proseslərin tənzimlənməsi” mövzusunda müzakirələr aparılıb.
Şuşa simpoziumu ikinci gün işinə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri” mövzusunda panel müzakirələrlə başlayıb.
Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı Müslüm İmranlının moderatorluğu ilə keçirilən panel müzakirələrdə Mustafa Yigit (Türkiyə), Aydar Yerassyl (Qazaxıstan), Aytən Abdullayeva (Azərbaycan), Zulduz Talantbekova (Qırğızıstan) və digərləri ölkələrində bələdiyyələrin mədəni irsin qorunmasında rolu, tarixi ərazilərin tədqiqi, mühafizə qanunvericiliyinin tarixi prosesi ilə bağlı çıxış edərək fikirlərini bildirib, təcrübələrini bölüşüblər.
Sonra simpoziumun işində daha çox maraq cəlb edən “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzusunda müzakirələr olub.
Pərviz Poluxzadənin moderatorluq etdiyi müzakirələrdə Elçin Əliyev, Günay Ağayeva (hər ikisi Azərbaycan), Rumeysa Ragsana Hasanzadə, Mavlyuda Yusupova (hər ikisi Özbəkistan), Rahime Busra Uras (Türkiyə) və Saduakas Agitayev (Qazaxıstan) memarlıq abidələrinin bərpası, sənədləşdirilməsi, bərpa məktəblərinin işi ilə bağlı təqdimatlarla çıxış ediblər. Natiqlər memarlıq incilərinin qorunub saxlanılması istiqamətində təkliflərini səsləndiriblər.
Özbəkistan memarları Baxtiyar Babamuradov və Şahboz Mustafoev orta əsr memarlıq abidələrinin bərpa nümunələri haqqında danışıb, bu istiqamətdə perspektivləri diqqətə çatdırıblar. Azərbaycan təmsilçisi İlham Şıxsəyidov “Şuşa qalasının bərpası” mövzusunda çıxış edərək maraqlı məqamları vurğulayıblar. Macarıstandan gələn memar “Osmanlı Türk imperiyasının ən şimalda duran tikili” mövzusu ilə çıxış edib.
Daha sonra tarixi abidələrin müasir konservasiyası ilə bağlı çıxışlar olub. Nigar Ramazanova (Azərbaycan) “Qarabağ memarlığının təkamülü), Şuşa şəhərinin bərpasında böyük əməyi olan tanınmış memar Pietro Laureano (İtaliya) “Beynəlxalq təcrübəyə münasibətdə bərpa seçimləri: rekonstruksiya, ənənəvi üsullar, innovativ həllər”, Unal Mehmet, Ceylan Oğuz və Mehmet Emin Yılmaz (hər üçü Türkiyə) tarixi abidələrdə konservasiya ilə bağlı Türkiyə təcrübəsi barədə danışıb, təcrübələrini bölüşüblər.
Tədbir müzakirələrlə davam edib.
Sonda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov simpoziumda iştirak edən türkdilli ölkələrin memarlarına təşəkkürünü bildirib, bu tədbirin tarixi abidələrin bərpası və konservasiyası işinə, Türk memarlığının inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
Beləliklə, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın ev sahibliyi etdiyi daha bir beynəlxalq tədbir uğurla başa çatıb.