https://sputnik.az/20231125/sumqayitda-anasinin-imtina-etdiyi-korpe-xestexanada-olub-460863232.html
Sumqayıtda anasının imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb
Sumqayıtda anasının imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb
Sputnik Azərbaycan
Xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T19:50+0400
2023-11-25T19:50+0400
2023-11-25T19:39+0400
cəmiyyət
sumqayıt
uşaq
https://cdnn1.img.sputnik.az/img/42096/55/420965540_0:315:3072:2043_1920x0_80_0_0_11d45a8665513860a2286fa2861dbc24.jpg
BAKI, 25 noyabr - Sputnik. Sumqayıt Tibb Mərkəzi anası tərəfindən imtina olunmuş 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib."Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib" - açıqlamada bildirilib.Əlavə olunub ki, Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib:"Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib".15:50Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölübSumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.Yeddi ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.Məlumata görə, xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.Fakt araşdırılır (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42096/55/420965540_171:0:2902:2048_1920x0_80_0_0_7e507977e90079c178563aa46637c50c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sumqayıt, uşaq
Sumqayıtda anasının imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb
Xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.
BAKI, 25 noyabr - Sputnik. Sumqayıt Tibb Mərkəzi anası tərəfindən imtina olunmuş 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.
Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.
"Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib" - açıqlamada bildirilib.
Əlavə olunub ki, Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib:
"Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib".
Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.
Yeddi ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.
Məlumata görə, xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.