https://sputnik.az/20231125/sok-tehsil-daresinin-mudiri-sagirdi-doyub-460866442.html
Şok: Təhsil İdarəsinin müdiri şagirdi döyüb
Şok: Təhsil İdarəsinin müdiri şagirdi döyüb
Sputnik Azərbaycan
Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T22:31+0400
2023-11-25T22:31+0400
2023-11-25T22:31+0400
təhsil
məktəb
məktəb direktoru
quba
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_0:320:3073:2048_1920x0_80_0_0_81d899663d8ed37b2625ad1640d55378.jpg
BAKI, 25 noyabr - Sputnik. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır (APA).Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_89:0:2820:2048_1920x0_80_0_0_091e36db356e445852c9fad8ec2cfbce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, məktəb direktoru, quba
məktəb, məktəb direktoru, quba
Şok: Təhsil İdarəsinin müdiri şagirdi döyüb
Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
BAKI, 25 noyabr - Sputnik. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.
Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır (APA).
Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.