https://sputnik.az/20231125/ran-azerbaycan-serhedinde-silahli-insident-bas-verib-460757504.html
İran-Azərbaycan sərhədində növbəti insident baş verib
İran-Azərbaycan sərhədində növbəti insident baş verib
Sputnik Azərbaycan
İrandan tütün və xalçanın qaçaqmalçılıqla ölkəyə gətirilməsinin qarşısı alınıb. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T10:04+0400
2023-11-25T10:04+0400
2023-11-25T10:05+0400
cəmiyyət
iran
qaçaqmalçılıq
qaçaqmal
narkotik qaçaqmalçılığı
dövlət sərhəd xidməti
azərbaycan dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/13/448738193_0:63:1200:738_1920x0_80_0_0_c31c7b7070592d47405b8c7387647ddc.jpg
BAKI, 25 noyabr - Sputnik. Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.Bu, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində baş tutub.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.22.11.23, 09:04İran-Azərbaycan sərhədində silahlı insident baş veribİran-Azərbaycan sərhədində silahlı insident olub, sərhəd pozucuları geriyə qaçıblar.Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, noyabrın 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.Sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/13/448738193_67:0:1134:800_1920x0_80_0_0_3a0424ee6b4332a70f54eda84b36f9bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, qaçaqmalçılıq, qaçaqmal, narkotik qaçaqmalçılığı, dövlət sərhəd xidməti, azərbaycan dövlət sərhəd xidməti
iran, qaçaqmalçılıq, qaçaqmal, narkotik qaçaqmalçılığı, dövlət sərhəd xidməti, azərbaycan dövlət sərhəd xidməti
İran-Azərbaycan sərhədində növbəti insident baş verib
10:04 25.11.2023 (Yenilənib: 10:05 25.11.2023) İrandan tütün və xalçanın qaçaqmalçılıqla ölkəyə gətirilməsinin qarşısı alınıb.
BAKI, 25 noyabr - Sputnik. Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Bu, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində baş tutub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İran-Azərbaycan sərhədində silahlı insident baş verib
İran-Azərbaycan sərhədində silahlı insident olub, sərhəd pozucuları geriyə qaçıblar.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.