https://sputnik.az/20231125/neftin-ucuzlasmasi-davam-edir---sebeb-nedir-460795211.html
Dünya bazarında neft ucuzlaşıb, Azərbaycan nefti isə bahalaşıb
Dünya bazarında neft ucuzlaşıb, Azərbaycan nefti isə bahalaşıb
Sputnik Azərbaycan
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,2% artaraq 85,66 ABŞ dollarına yüksəlib. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T09:05+0400
2023-11-25T09:05+0400
2023-11-25T09:59+0400
neft
neft-qaz
"azeri light"
opec
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289844_0:161:3071:1888_1920x0_80_0_0_70dab1c3504616f8ddff349974c341b0.jpg
BAKI, 25 noyabr — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,2% artaraq 85,66 ABŞ dollarına yüksəlib.Neftin qiyməti 81 dollardan aşağı enibNoyabrın 25-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,84 dollar və ya 1,03% azalaraq 1 barelə görə 80.58 dollar təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,56 dollar və ya 2,02% azalaraq 75.54 dollara enib.23.11.23, 13:25Dünya bazarında neft niyə ucuzlaşır?Dünya bazarlarında neftin ucuzlaşması davam edir. "OPEC plyus" toplantısı təxirə salındıqdan sonra bu gün neft qiymətləri 1%-dən çox ucuzlaşıb. Sentyabrdan bəri neftin qiymətində 16% azalama qeydə alınıb. "OPEC plyus" toplantısının təxirə salınması istehsalçıların hasilatı gözləniləndən daha az azalda biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. Bu da neftin qiymətlərinin ucuzlaşmasına gətirib çıxardıb. "Brent" nefti 1,02 dollar və ya 1,2% ucuzlaşaraq 80,94 dollar olub. ABŞ-nin Qərbi Texas nefti 87 sent və ya 1,1% ucuzlaşaraq 76,23 dollara düşüb. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2,56 dollar, yaxud 2,99% azalaraq 83,17 dollar təşkil edib. "OPEC plyus" nazirlər toplantısını gözlənilmədən noyabrın 30-na təxirə salıb. Toplantıda hasilatın azaldılması müzakirə ediləcək. Bundan öncə toplantı noyabrın 26-da keçirilməli idi. Analitiklər bildiriblər ki, Anqola, Konqo və Nigeriya 2024-cü il üçün tədarük kvotalarını yuxarı qaldırmağa çalışırlar. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub. Əlavə edək ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Krallığın 2023-cü ilin iyulunda tətbiqinə başladığı və daha sonra 2023-cü ilin dekabr ayının sonuna qədər uzadılan gündəlik bir milyon barel könüllü ixtisarı davam etdirəcəyini açıqlayıb. Beləliklə, Krallığın hasilatı 2023-cü ilin dekabr ayında gündəlik təxminən 9 milyon barel olacaq. Səudiyyə Ərəbistanı hasilatın könüllü ixtisarı qərarının müddətinin uzadılması məsələsini dekabrda nəzərdən keçirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289844_170:0:2901:2048_1920x0_80_0_0_37cfe49aabc8be5488e68cb04760d7f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, "azeri light", opec, səudiyyə ərəbistanı
neft, "azeri light", opec, səudiyyə ərəbistanı
Dünya bazarında neft ucuzlaşıb, Azərbaycan nefti isə bahalaşıb
09:05 25.11.2023 (Yenilənib: 09:59 25.11.2023) Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,2% artaraq 85,66 ABŞ dollarına yüksəlib.
BAKI, 25 noyabr — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,2% artaraq 85,66 ABŞ dollarına yüksəlib.
Neftin qiyməti 81 dollardan aşağı enib
Noyabrın 25-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,84 dollar və ya 1,03% azalaraq 1 barelə görə 80.58 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,56 dollar və ya 2,02% azalaraq 75.54 dollara enib.
Dünya bazarında neft niyə ucuzlaşır?
Dünya bazarlarında neftin ucuzlaşması davam edir. "OPEC plyus" toplantısı təxirə salındıqdan sonra bu gün neft qiymətləri 1%-dən çox ucuzlaşıb. Sentyabrdan bəri neftin qiymətində 16% azalama qeydə alınıb.
"OPEC plyus" toplantısının təxirə salınması istehsalçıların hasilatı gözləniləndən daha az azalda biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. Bu da neftin qiymətlərinin ucuzlaşmasına gətirib çıxardıb.
"Brent" nefti 1,02 dollar və ya 1,2% ucuzlaşaraq 80,94 dollar olub. ABŞ-nin Qərbi Texas nefti 87 sent və ya 1,1% ucuzlaşaraq 76,23 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2,56 dollar, yaxud 2,99% azalaraq 83,17 dollar təşkil edib.
"OPEC plyus" nazirlər toplantısını gözlənilmədən noyabrın 30-na təxirə salıb. Toplantıda hasilatın azaldılması müzakirə ediləcək. Bundan öncə toplantı noyabrın 26-da keçirilməli idi.
Analitiklər bildiriblər ki, Anqola, Konqo və Nigeriya 2024-cü il üçün tədarük kvotalarını yuxarı qaldırmağa çalışırlar.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Əlavə edək ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Krallığın 2023-cü ilin iyulunda tətbiqinə başladığı və daha sonra 2023-cü ilin dekabr ayının sonuna qədər uzadılan gündəlik bir milyon barel könüllü ixtisarı davam etdirəcəyini açıqlayıb. Beləliklə, Krallığın hasilatı 2023-cü ilin dekabr ayında gündəlik təxminən 9 milyon barel olacaq. Səudiyyə Ərəbistanı hasilatın könüllü ixtisarı qərarının müddətinin uzadılması məsələsini dekabrda nəzərdən keçirəcək.