Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heydər Əliyev Sarayına yeni direktor təyin edilib

© Sputnik / Murad OrujovДворец Гейдара Алиева в Баку
Дворец Гейдара Алиева в Баку - Sputnik Azərbaycan, 1920, 25.11.2023
Abunə olmaq
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
BAKI, 25 noyabr - Sputnik. Paytaxtın ən böyük səhnəsi Heydər Əliyev Sarayına yeni direktor təyinatı olub.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.
İ.Qasımov 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.
O, eyni zamanda tamaşaçılara "Yuxu", "Məhəllə", "Oğlan evi" kimi filmlərdə oynadığı maraqlı rollarla da yaxşı tanışdır.
Xəbər lenti
0