https://sputnik.az/20231125/beseriyyet-suni-intellektin-inkisafi-neticesinde-uc-gunluk-is-heftesine-kececek-460852410.html
Bəşəriyyət süni intellektin inkişafı nəticəsində üç günlük iş həftəsinə keçəcək
Bəşəriyyət süni intellektin inkişafı nəticəsində üç günlük iş həftəsinə keçəcək
Sputnik Azərbaycan
İlon Mask yaxın gələcəkdə süni intellektin bəşəriyyəti işləmək zərurətindən azad edəcəyi fikrini ifadə edib. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T20:22+0400
2023-11-25T20:22+0400
2023-11-25T20:22+0400
süni intellekt
elm
ilon mask
"microsoft"
"microsoft" şirkəti
bill qeyts
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851622_0:103:3017:1800_1920x0_80_0_0_d60f513afb3b0513ee95c303c92f0a4a.jpg
BAKI, 25 noyabr — Sputnik. Cəmiyyətin müxtəlif sahələrində süni intellektin (Sİ) inkişafı ilə bəşəriyyət iş həftəsinin müddətini üç günə qədər azalda biləcək. "Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts "İndi nə?" podkastında belə deyib. O, Sİ-nin inkişafının "maşınların bütün qida və əşyaları istehsal edə biləcəyi" bir dünya yaradacağına inanır. "Əgər siz həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətə düşsəniz, bu, yəqin ki, yaxşı bir haldır" – Qeyts bildirib. Noyabrın əvvəlində amerikalı sahibkar İlon Mask süni intellektin bəşəriyyət üçün ölümcül təhlükə yaratdığını söyləyib. Eyni zamanda o, yaxın gələcəkdə süni intellektin bəşəriyyəti işləmək zərurətindən azad edəcəyi fikrini ifadə edib. Mask inanır ki, insanlar uyğun istəkləri olduqda işləyə biləcəklər. Bundan əvvəl "OpenAI"-ın baş direktoru Sem Altman bildirmişdi ki, onun ChatGPT neyron şəbəkəsinin tərtibatçısı olan şirkəti universal süni intellektin yaradılması üçün "Microsoft"un əlavə investisiyalarına ümid edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851622_288:0:3017:2047_1920x0_80_0_0_da9835efd51ebc24e7e07b2bfe71580e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
süni intellekt, ilon mask, "microsoft", "microsoft" şirkəti, bill qeyts
süni intellekt, ilon mask, "microsoft", "microsoft" şirkəti, bill qeyts
Bəşəriyyət süni intellektin inkişafı nəticəsində üç günlük iş həftəsinə keçəcək
İlon Mask yaxın gələcəkdə süni intellektin bəşəriyyəti işləmək zərurətindən azad edəcəyi fikrini ifadə edib.
BAKI, 25 noyabr — Sputnik. Cəmiyyətin müxtəlif sahələrində süni intellektin (Sİ) inkişafı ilə bəşəriyyət iş həftəsinin müddətini üç günə qədər azalda biləcək.
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts "İndi nə?" podkastında belə deyib.
O, Sİ-nin inkişafının "maşınların bütün qida və əşyaları istehsal edə biləcəyi" bir dünya yaradacağına inanır.
"Əgər siz həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətə düşsəniz, bu, yəqin ki, yaxşı bir haldır" – Qeyts bildirib.
Noyabrın əvvəlində amerikalı sahibkar İlon Mask süni intellektin bəşəriyyət üçün ölümcül təhlükə yaratdığını söyləyib. Eyni zamanda o, yaxın gələcəkdə süni intellektin bəşəriyyəti işləmək zərurətindən azad edəcəyi fikrini ifadə edib. Mask inanır ki, insanlar uyğun istəkləri olduqda işləyə biləcəklər.
Bundan əvvəl "OpenAI"-ın baş direktoru Sem Altman bildirmişdi ki, onun ChatGPT neyron şəbəkəsinin tərtibatçısı olan şirkəti universal süni intellektin yaradılması üçün "Microsoft"un əlavə investisiyalarına ümid edir.