https://sputnik.az/20231125/azerbaycanli-ekiz-qardaslarin-suni-intellekte-esaslanan-layiheleri-qonaqlari-valeh-edib-460867249.html
Azərbaycanlı əkiz qardaşların süni intellektə əsaslanan layihələri qonaqları valeh edib
Azərbaycanlı əkiz qardaşların süni intellektə əsaslanan layihələri qonaqları valeh edib
Sputnik Azərbaycan
İntellektual qardaşlar hazırda idmançılar üçün nəzərdə tutulan döyüş aparatı - “Ağıllı əlcək” layihəsi üzərində işləyirlər. 25.11.2023, Sputnik Azərbaycan
2023-11-25T23:02+0400
2023-11-25T23:02+0400
2023-11-25T23:02+0400
azərbaycan xəbərləri
bakı ekspo mərkəzi
süni intellekt
texnologiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851993_0:0:2309:1299_1920x0_80_0_0_0317211b23cd806ce5cf586f7f853e4b.jpg
BAKI, 25 noyabr - Sputnik. Azərbaycanlı əkiz qardaşlar – Fərid və Rüfət Şıxıyev Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə Azərbaycan stendində süni intellekt əsasında qurulmuş layihələrini ictimaiyyətə təqdim ediblər. Qardaşların hazırladıqları süni intellektə əsaslanan “Əlillik arabası” (Wheelchair) Azərbaycanla yanaşı, sərgidə Qazaxıstan və Türkmənistan nümayəndələrinin marağına səbəb olub.Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Fərid Şıxıyev və Rüfət Şıxıyev qardaşları bildirib.Fərid və Rüfət Şıxıyev qardaşları deyib ki, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində rezident olaraq fəaliyyət göstərirlər. Bizim hazırladığımız “Əlillik arabası” (Wheelchair) – yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən xəstələrin baş və göz hərəkətləri ilə idarə edə biləcəkləri ağıllı əlil arabası mexanizmidir.“Biz baş hərəkətləri ilə kompüter proqramlarını idarə edərək qarşı tərəfə birbaşa ağız açmadan ünsiyyət qurmaq üçün köməkçi vasitə yaratmışıq. Bizim layihəmiz ötən il Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında qalib olub. Bizim “Platon tech” komandası olimpiadada “Future innovators: Senior” kateqoriyasında 3-cü yeri tutub. Gənclərimizin 76 ölkə və 2000-dən çox iştirakçı arasında ilk dəfə olaraq dünya üçüncüsü olması böyük uğurdur. Bundan başqa komandamız 2022-ci il “TEXNOFEST Azərbaycan” yarışmasında da birinci yerə layiq görülüb. Bu il də layihəmiz “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən birinci yerə layiq görülüb. Biz bu gün layihələrimizi Sabunçu Gənclər Evində hazırlayırıq. Layihələrimiz bir sıra sərgilərdə və tədbirlərdə nümayiş olunur, artıq satışlar barədə danışıqlar aparırıq. Bizim hazırladığımız “Əlillik arabası” layihəsi istənilən əlillik arabasına inteqrasiya oluna bilər, buna görə digər əlillik arabalarından fərqlənir. Hazırda bir sıra qurumlarla danışıqlar aparırıq. Bütün test və sınaqlar bitdikdən sonra sağlamlıq sektorunda reallaşdırılmasına başlanılacaq. Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə iştirak edən demək olar ki, bütün dövlətlər, xüsusilə Qazaxıstan və Türkmənistan nümayəndələri layihəyə böyük maraq göstərdilər”, - deyə R.Şıxıyev bildirib.Rüfət Şıxıyev əkiz qardaş olduqlarını bildirib və 2019-cu ildə “Platon tech” komandasını formalaşdırdıqlarını vurğulayıb: “2021-2022-ci illərdə bu layihələrimizi reallaşdırdıq. Hazırda “Edusfera” təhsil layihəsi üzərində işlər gedir. Həmçinin hazırda 40 ölkə arasında keçirilən yarışda artıq finala vəsiqə qazanmışıq. Qalib seçilsək 2024-cü ildə Brüsseldə keçiriləcək yarışa da vəsiqə qazanmaq şansımız olacaq” - Rüfət Şıxıyev vurğulayıb.Rüfət Şıxıyev onu da əlavə edib ki, hazırda idmançılar üçün nəzərdə tutulan döyüş aparatı - “Ağıllı əlcək” layihəsi üzərində işləyirlər. Onun sözlərinə görə, bu layihə idmançılara, döyüşçülərə atdığı yumruq zərbələrini analiz etməyə kömək edəcək və daha sürətli öyrənmələrinə yardımçı olacaq: “Bu layihələrlə bağlı bir sıra qurumlarla danışıqlar aparırıq. Hazırda danışıq apardığımız qurumlardan biri Gənclər və İdman Nazirliyidir. Sabunçu Gənclər Evi ilə birbaşa əlaqəli çalışırıq. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Asan Xidmətlə əməkdaşlıq çərçivəsində işlərimizi davam etdiririk”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851993_276:0:2008:1299_1920x0_80_0_0_f8e3bf1e66dca2e479d3b5a4e1986181.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı ekspo mərkəzi, süni intellekt, texnologiya
bakı ekspo mərkəzi, süni intellekt, texnologiya
Azərbaycanlı əkiz qardaşların süni intellektə əsaslanan layihələri qonaqları valeh edib
İntellektual qardaşlar hazırda idmançılar üçün nəzərdə tutulan döyüş aparatı - “Ağıllı əlcək” layihəsi üzərində işləyirlər.
BAKI, 25 noyabr - Sputnik. Azərbaycanlı əkiz qardaşlar – Fərid və Rüfət Şıxıyev Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə Azərbaycan stendində süni intellekt əsasında qurulmuş layihələrini ictimaiyyətə təqdim ediblər. Qardaşların hazırladıqları süni intellektə əsaslanan “Əlillik arabası” (Wheelchair) Azərbaycanla yanaşı, sərgidə Qazaxıstan və Türkmənistan nümayəndələrinin marağına səbəb olub.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Fərid Şıxıyev və Rüfət Şıxıyev qardaşları bildirib.
Fərid və Rüfət Şıxıyev qardaşları deyib ki, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində rezident olaraq fəaliyyət göstərirlər. Bizim hazırladığımız “Əlillik arabası” (Wheelchair) – yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən xəstələrin baş və göz hərəkətləri ilə idarə edə biləcəkləri ağıllı əlil arabası mexanizmidir.
“Biz baş hərəkətləri ilə kompüter proqramlarını idarə edərək qarşı tərəfə birbaşa ağız açmadan ünsiyyət qurmaq üçün köməkçi vasitə yaratmışıq. Bizim layihəmiz ötən il Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında qalib olub. Bizim “Platon tech” komandası olimpiadada “Future innovators: Senior” kateqoriyasında 3-cü yeri tutub. Gənclərimizin 76 ölkə və 2000-dən çox iştirakçı arasında ilk dəfə olaraq dünya üçüncüsü olması böyük uğurdur. Bundan başqa komandamız 2022-ci il “TEXNOFEST Azərbaycan” yarışmasında da birinci yerə layiq görülüb. Bu il də layihəmiz “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən birinci yerə layiq görülüb. Biz bu gün layihələrimizi Sabunçu Gənclər Evində hazırlayırıq. Layihələrimiz bir sıra sərgilərdə və tədbirlərdə nümayiş olunur, artıq satışlar barədə danışıqlar aparırıq. Bizim hazırladığımız “Əlillik arabası” layihəsi istənilən əlillik arabasına inteqrasiya oluna bilər, buna görə digər əlillik arabalarından fərqlənir. Hazırda bir sıra qurumlarla danışıqlar aparırıq. Bütün test və sınaqlar bitdikdən sonra sağlamlıq sektorunda reallaşdırılmasına başlanılacaq. Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə iştirak edən demək olar ki, bütün dövlətlər, xüsusilə Qazaxıstan və Türkmənistan nümayəndələri layihəyə böyük maraq göstərdilər”, - deyə R.Şıxıyev bildirib.
Rüfət Şıxıyev əkiz qardaş olduqlarını bildirib və 2019-cu ildə “Platon tech” komandasını formalaşdırdıqlarını vurğulayıb: “2021-2022-ci illərdə bu layihələrimizi reallaşdırdıq. Hazırda “Edusfera” təhsil layihəsi üzərində işlər gedir. Həmçinin hazırda 40 ölkə arasında keçirilən yarışda artıq finala vəsiqə qazanmışıq. Qalib seçilsək 2024-cü ildə Brüsseldə keçiriləcək yarışa da vəsiqə qazanmaq şansımız olacaq” - Rüfət Şıxıyev vurğulayıb.
Rüfət Şıxıyev onu da əlavə edib ki, hazırda idmançılar üçün nəzərdə tutulan döyüş aparatı - “Ağıllı əlcək” layihəsi üzərində işləyirlər. Onun sözlərinə görə, bu layihə idmançılara, döyüşçülərə atdığı yumruq zərbələrini analiz etməyə kömək edəcək və daha sürətli öyrənmələrinə yardımçı olacaq: “Bu layihələrlə bağlı bir sıra qurumlarla danışıqlar aparırıq. Hazırda danışıq apardığımız qurumlardan biri Gənclər və İdman Nazirliyidir. Sabunçu Gənclər Evi ilə birbaşa əlaqəli çalışırıq. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Asan Xidmətlə əməkdaşlıq çərçivəsində işlərimizi davam etdiririk”.