DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Bosforda gəmilərin keçməsindən qazancı 35 milyondan 185 milyon dollara yüksəldib

© AFP 2024 / Mustafa Ozer Bosfor
Bosfor - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Fövqəladə hallarda Türkiyə Bosfor və Çanaqqala boğazlarından hərbi keçidi qadağan edə və ya məhdudlaşdıra bilər.
BAKI, 24 noyabr — Sputnik. Türkiyənin Boğaziçi boğazından gəmilərin keçməsindən əldə etdiyi gəlir iki il ərzində 35 milyon dollardan 185 milyon dollara yüksəlib.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
İyul ayından etibarən Türkiyə öz boğazlarından gəmilərin keçidinin qiymətini səkkiz faizdən çox artırıb (4,42 dollara qədər). Tarif 1936-cı ildə boğazlar bölgəsində gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır. Sənəd imzalananda qızıl frank 0,8 dollara bərabər idi.
"Axşam" qəzeti nazirdən sitat gətirib: "Montrö Konvensiyasının "Gold Frank" blokunda edilən yeniliklər sayəsində boğazdan keçiddən əldə edilən 35 milyon dollarlıq gəlir 185 milyon dollara yüksəlib.
Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Konvensiya sülh və müharibə dövründə ticarət gəmilərinin boğazlar vasitəsilə hərəkət azadlığını qoruyur, lakin müxtəlif naviqasiya rejimləri yaradır. Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə ilə məhdudlaşdırır.
Fövqəladə hallarda Türkiyə Bosfor və Çanaqqala boğazlarından hərbi keçidi qadağan edə və ya məhdudlaşdıra bilər. Müqaviləyə əsasən, Ankara boğazlardan keçən gəmilərdən mayak, təxliyə və tibbi xidmət üçün ödəniş almaq hüququna malikdir.
Xəbər lenti
0