https://sputnik.az/20231124/qazaxda-asfalt-zavodunun-fealiyyeti-dayandirildi-460845060.html
Qazaxda asfalt zavodunun fəaliyyəti dayandırıldı
Qazaxda asfalt zavodunun fəaliyyəti dayandırıldı
Sputnik Azərbaycan
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. 24.11.2023, Sputnik Azərbaycan
2023-11-24T17:27+0400
2023-11-24T17:27+0400
2023-11-24T17:29+0400
asfalt
iqtisadiyyat
zavod
milli təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747265_0:186:2979:1862_1920x0_80_0_0_daef88ee653478f110252af4b9e0ed09.jpg
BAKI, 24 noyabr — Sputnik. Qazax rayonu ərazisində havaya normadan artıq tüstü buraxdığına görə asfalt zavodunun fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilib ki, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Məlum olub ki, sözügedən görüntü bu ilin avqust ayında çəkilib. Elə həmin ayda keçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib. Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Noyabrın 17-də isə asfalt zavodun qaz-toz tutucu qurğusunun filtrləri dəyişdirilib. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747265_125:0:2854:2047_1920x0_80_0_0_910f03662ea5620414cf6bb83730b949.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
asfalt, zavod, milli təhlükəsizlik xidməti
asfalt, zavod, milli təhlükəsizlik xidməti
Qazaxda asfalt zavodunun fəaliyyəti dayandırıldı
17:27 24.11.2023 (Yenilənib: 17:29 24.11.2023) Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
BAKI, 24 noyabr — Sputnik. Qazax rayonu ərazisində havaya normadan artıq tüstü buraxdığına görə asfalt zavodunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Məlum olub ki, sözügedən görüntü bu ilin avqust ayında çəkilib. Elə həmin ayda keçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib.
Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Noyabrın 17-də isə asfalt zavodun qaz-toz tutucu qurğusunun filtrləri dəyişdirilib. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.