https://sputnik.az/20231124/kurdemirde-magistral-su-kemeri-partlayib-rayon-merkezi-ve-12-kend-susuz-qalib-460853477.html
Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 12 kənd susuz qalıb
Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 12 kənd susuz qalıb
Sputnik Azərbaycan
Kürdəmir su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib ki, səhər saatlarında etibarən su-kanal sahəsində çalışan işçilər və texnikalar səfərbər edilib. 24.11.2023, Sputnik Azərbaycan
2023-11-24T19:16+0400
2023-11-24T19:16+0400
2023-11-24T19:21+0400
su
kəmər
kəmər
kəmər
hadisə
magistral su xətti
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_38:0:1000:541_1920x0_80_0_0_880844ba6e12ce1c9cc1937f7de20f7b.jpg
BAKI, 24 noyabr - Sputnik. Kürdəmir rayonunu içməli su ilə təmin edən Külüllü-Kürdəmir magistral su kəməri partlayıb.”Report” xəbər verir ki, hazırda aidiyyəti qurumun texnikası və şəxsi heyəti hadisə yerinə cəlb olunub və ərazidə zəruri işləri həyata keçirirlər.Hadisə səhər saatlarında rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Boru xəttinin partlaması nəticəsində rayon mərkəzinə və rayona yaxın 12 kəndə içməli suyun verlişi dayandırlıb.Kürdəmir su-kanal sahəsinin rəisi Arzu Şahbazov “Report”a bildirib ki, səhər saatlarında etibarən su-kanal sahəsində çalışan işçilər və texnikalar səfərbər edilib.O deyib ki, Külüllü-Kürdəmir su xəttinin 29-cu km-də diametri 500 millimetrlik olan su xəttində qəza baş verib. Hazırda rayonda su təhcizatı dayandırılıb: "Bununla əlaqədar bütün tədbirlər görülür, optimal müddətdə çalşacağıq ki, rayona su verilməsini təmin edək. Magistral su xətti rayonumuzda 8 222 abonentə xidmət edir. Nəzərdə tutulur ki, sabaha kimi qəzanı aradan qaldıraq, yəni səhərə kimi işlərimizi davam etdirəcəyik".Qeyd edək ki, ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına "Azərsu" ASC tərəfindən inşa olunub. Bu su xətti Kürdəmir şəhərinin və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/37/421793721_178:0:899:541_1920x0_80_0_0_63bced7d459ed7d1c9c56bf1df471959.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, kəmər, kəmər, kəmər, magistral su xətti
su, kəmər, kəmər, kəmər, magistral su xətti
Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 12 kənd susuz qalıb
19:16 24.11.2023 (Yenilənib: 19:21 24.11.2023) Kürdəmir su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib ki, səhər saatlarında etibarən su-kanal sahəsində çalışan işçilər və texnikalar səfərbər edilib.
BAKI, 24 noyabr - Sputnik. Kürdəmir rayonunu içməli su ilə təmin edən Külüllü-Kürdəmir magistral su kəməri partlayıb.
”Report” xəbər verir ki, hazırda aidiyyəti qurumun texnikası və şəxsi heyəti hadisə yerinə cəlb olunub və ərazidə zəruri işləri həyata keçirirlər.
Hadisə səhər saatlarında rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Boru xəttinin partlaması nəticəsində rayon mərkəzinə və rayona yaxın 12 kəndə içməli suyun verlişi dayandırlıb.
Kürdəmir su-kanal sahəsinin rəisi Arzu Şahbazov “Report”a bildirib ki, səhər saatlarında etibarən su-kanal sahəsində çalışan işçilər və texnikalar səfərbər edilib.
O deyib ki, Külüllü-Kürdəmir su xəttinin 29-cu km-də diametri 500 millimetrlik olan su xəttində qəza baş verib. Hazırda rayonda su təhcizatı dayandırılıb: "Bununla əlaqədar bütün tədbirlər görülür, optimal müddətdə çalşacağıq ki, rayona su verilməsini təmin edək. Magistral su xətti rayonumuzda 8 222 abonentə xidmət edir. Nəzərdə tutulur ki, sabaha kimi qəzanı aradan qaldıraq, yəni səhərə kimi işlərimizi davam etdirəcəyik".
Qeyd edək ki, ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına "Azərsu" ASC tərəfindən inşa olunub. Bu su xətti Kürdəmir şəhərinin və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilib.