https://sputnik.az/20231124/hansi-mikro-sahibkarlar-20-faiz-vergi-odeyecek-detallar-460805555.html
Hansı mikro sahibkarlar 20 faiz vergi ödəyəcək? DETALLAR
Hansı mikro sahibkarlar 20 faiz vergi ödəyəcək? DETALLAR
Sputnik Azərbaycan
Ekspertlər deyir ki, gələn ildən mikro sahibkarlar 75 faizlik vergi güzəştindən yararlanmaq üçün 3 nəfər işçi götürməlidir. Həmçinin onların məcburi dövlət... 24.11.2023, Sputnik Azərbaycan
2023-11-24T09:45+0400
2023-11-24T09:45+0400
2023-11-24T09:45+0400
vergi
iqtisadiyyat
vergi məcəlləsi
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_0:0:2001:1125_1920x0_80_0_0_61f4fb3903adfc32f26b543438a05303.jpg
BAKI, 24 noyabr — Sputnik. 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Təklif edilən dəyişikliyə görə isə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Ekspertlər nə düşünürlər? Məsələni şərh edən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Dövlət Vergi Xidməti hesab edir ki, 5 faizlik vergi vergidən yayınmaya imkan verir, sahibkarlığı inkişaf etdirmir, əksinə gəlir vergisindən yayınmağa təşviq edir: "Digər tərəfdən, hesab edirlər ki, dövlət qurumunda əmək müqaviləsi ilə işləyən şəxs 20 faizədək vergi ödəyirsə, işçisi olmayan mikro sahibkar da bu qədər vergi ödəməlidir. Çünki həmin mikro sahibkar əlavə iş yeri yaratmır, işçisi yoxdur. Ona görə də işçisi olmayan mikro sahibkarla hansısa qurumda əmək müqaviləsi ilə işləyən şəxs arasında heç bir fərq yoxdur. 3 işçisi olan mikro sahibkara 75 faizlik vergi güzəşti ona görə edirlər ki, həmin sahibkar cəmiyyətə fayda verir, əlavə iş yeri yaradır". "Bu addım işçilərinin sayı 3 nəfərdən az olan mikro sahibkarların gəlirini aşağı salacaq. Məsələn, xərclər çıxılmaqla 500 manat qazancı olan həmin mikro sahibkar əvvəl 25 manat vergi ödəyirdisə, növbəti ildən 100 manat ödəyəcək" - ekspert əlavə edib. "İşçisi 3 nəfərdən az olan mikro sahibkar min manat gəlirə görə 200 manat vergi ödəyəcək" Vergi qanunvericiliyi sahəsi üzrə mütəxəssis Radil Fətullayev də Sputnik Azərbaycan-a bildirib ki, gələn ildən mikro sahibkarlar 75 faizlik vergi güzəştindən yararlanmaq üçün 3 nəfər işçi götürməlidir: "Həmçinin onların məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır. Əsas məqsəd vergidən yayınma hallarının qarşısını almaqdır. Bu, işçilərinin sayı 3 nəfərdən az olan mikro sahibkarların ziyanına olacaq. Məsələn, xərclər çıxılmaqla 1000 manat gəlir əldə edən həmin mikro sahibkar əvvəl 50 manat vergi ödəyirdisə, gələn ildən 200 manat vergi ödəyəcək. Başqa sözlə, əvvəlkidən 150 manat çox ödəyəcək". Qeyd edək ki, hazırda Vergi Məcəlləsinə təklif edilən bu dəyişiklik Milli Məclisdə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, mikro sahibkarlıqdan kiçik sahibkarlığa keçəndə vergi yükü kifayət qədər artır. Bu da sahibkarların vergi yükündən gizlənmək məqsədilə müəyyən sxemlərdən istifadə etməsinə gətirib çıxarır. Lakin dəyişikliyə əsasən, kiçik dövriyyəli mikro sahibkarlıq subyektlərinin 5 faizlik güzəştli gəlir vergisindən 20 faizlik gəlir vergisinə keçirilməsi gözlənilir. Hansı sahibkarlar mikro sahibkar hesab olunur? Xatırladaq ki, sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları" ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200000 manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_91:0:1864:1330_1920x0_80_0_0_ee6740084380fe84b54bdf1c4ddd1f9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vergi, vergi məcəlləsi, nazirlər kabineti
vergi, vergi məcəlləsi, nazirlər kabineti
Hansı mikro sahibkarlar 20 faiz vergi ödəyəcək? DETALLAR
Ekspertlər deyir ki, gələn ildən mikro sahibkarlar 75 faizlik vergi güzəştindən yararlanmaq üçün 3 nəfər işçi götürməlidir. Həmçinin onların məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır.
BAKI, 24 noyabr — Sputnik. 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Təklif edilən dəyişikliyə görə isə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.
Ekspertlər nə düşünürlər?
Məsələni şərh edən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Dövlət Vergi Xidməti hesab edir ki, 5 faizlik vergi vergidən yayınmaya imkan verir, sahibkarlığı inkişaf etdirmir, əksinə gəlir vergisindən yayınmağa təşviq edir:
"Digər tərəfdən, hesab edirlər ki, dövlət qurumunda əmək müqaviləsi ilə işləyən şəxs 20 faizədək vergi ödəyirsə, işçisi olmayan mikro sahibkar da bu qədər vergi ödəməlidir. Çünki həmin mikro sahibkar əlavə iş yeri yaratmır, işçisi yoxdur. Ona görə də işçisi olmayan mikro sahibkarla hansısa qurumda əmək müqaviləsi ilə işləyən şəxs arasında heç bir fərq yoxdur. 3 işçisi olan mikro sahibkara 75 faizlik vergi güzəşti ona görə edirlər ki, həmin sahibkar cəmiyyətə fayda verir, əlavə iş yeri yaradır".
"Bu addım işçilərinin sayı 3 nəfərdən az olan mikro sahibkarların gəlirini aşağı salacaq. Məsələn, xərclər çıxılmaqla 500 manat qazancı olan həmin mikro sahibkar əvvəl 25 manat vergi ödəyirdisə, növbəti ildən 100 manat ödəyəcək" - ekspert əlavə edib.
"İşçisi 3 nəfərdən az olan mikro sahibkar min manat gəlirə görə 200 manat vergi ödəyəcək"
Vergi qanunvericiliyi sahəsi üzrə mütəxəssis Radil Fətullayev də Sputnik Azərbaycan-a bildirib ki, gələn ildən mikro sahibkarlar 75 faizlik vergi güzəştindən yararlanmaq üçün 3 nəfər işçi götürməlidir:
"Həmçinin onların məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır. Əsas məqsəd vergidən yayınma hallarının qarşısını almaqdır. Bu, işçilərinin sayı 3 nəfərdən az olan mikro sahibkarların ziyanına olacaq. Məsələn, xərclər çıxılmaqla 1000 manat gəlir əldə edən həmin mikro sahibkar əvvəl 50 manat vergi ödəyirdisə, gələn ildən 200 manat vergi ödəyəcək. Başqa sözlə, əvvəlkidən 150 manat çox ödəyəcək".
Qeyd edək ki, hazırda Vergi Məcəlləsinə təklif edilən bu dəyişiklik Milli Məclisdə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, mikro sahibkarlıqdan kiçik sahibkarlığa keçəndə vergi yükü kifayət qədər artır. Bu da sahibkarların vergi yükündən gizlənmək məqsədilə müəyyən sxemlərdən istifadə etməsinə gətirib çıxarır. Lakin dəyişikliyə əsasən, kiçik dövriyyəli mikro sahibkarlıq subyektlərinin 5 faizlik güzəştli gəlir vergisindən 20 faizlik gəlir vergisinə keçirilməsi gözlənilir.
Hansı sahibkarlar mikro sahibkar hesab olunur?
Xatırladaq ki, sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları" ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200000 manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.