Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan özünü geosiyasi güclərin plasdarmına çevirib - Politoloq

© Sputnik / Alina Starostina / Mediabanka keçidİrəvana mənzərə, arxiv şəkli
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Yeganə Hacıyeva deyib ki, Azərbaycan qlobal konfrontasiyada olan güclərin Ermənistan vasitəsilə regiona yerləşməsinin qarşısını almağa çalışır.
BAKI, 24 noyabr — Sputnik. "Bu gün Azərbaycan və Ermənistan arasında sülh yoxdursa, nə var sualı hər kəsi düşündürür. Azərbaycanın Ermənistana birbaşa danışıqlar təklif etmıəsi də mövcud vəziyyəti qeyri-müəyyənlikdən çıxartmaq məqsədi daşıyır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Politoloqun sözlərinə görə, Ermənistan indiyə qədər özünü sülhə maraqlı kimi göstərsə də, əslində bu doğru deyil: "Nəzərə almaq lazımdır ki, sülhə can atmamaq Ermənistanın özü üçün ciddi təhdidlər formalaşdırır. Azərbaycan qarşısında duran problemli məsələləri özü həll edir. Delimitasiya və demarkasiya məsələlərini biz təktərəfli qaydada özümüz aparmışıq. İndi komissiyalar tərəfindən həmin məsələlər fiksasiya olunmalıdır".
© Photo : Courtesy of Yegana HajiyevaYeganə Hacıyeva, arxiv şəkli
Yeganə Hacıyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Yeganə Hacıyeva, arxiv şəkli
Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan münasibətləri üçtərəfli razılaşmalardan doğan istiqamətlər üzrə davam etməlidir:
"Üçtərəfli formatda keçirilən görüşlərin alternativi hələlik yoxdur. Çünki maraqlar bu formatda özünü tam əks etdirir. Azərbaycan da təkliflərini bu formatda ortaya qoyub. Hazırda Ermənistanın apardığı siyasətlə, apardığını iddia etdiyi siyasət arasında fərqlər özünü göstərir. Ermənistan Azərbaycanı beynəlxalq məhkəmələrə çəkmək, ölkəmizə qarşı proseslər aparmaq istəyir. Yəni, indiki mərhələdə Azərbaycanla Ermənistan arasındakı danışıqlarda rəsmi İrəvanın şərtlərini erməni lobbisi formalaşdırır. Erməni lobbisinin Ermənistan tərəfində proseslərə nüfuz etmək imkanı çox güclüdür".
Y.Hacıyeva xüsusilə qeyd edib ki, məhz bu gün USAİD-in iştirakı ilə baş verənlərdə də emrəni lobbisinin təsirləri danılmazdır. Amma maraqlı məqam odur ki, USAİD-in nizamnaməsi bu proseslərə qatılmağa imkan vermir. Azərbaycana qarşı USAİD-in vasitəsilə atılan addımlar həm də ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının əleyhinədir. Xüsusi vurğulanmalı məqam da bu gün öz gücü ilə öyünən erməni lobbisinin fəaliyyətinin kriminal dayaqlara əsaslanmasıdır.
"Ermənistan bu gün özünü geosiyasi güclərin plasdarımına çevirib. Bu plasdarmda maraqlar bir gün toqquşacaq. Azərbaycan qlobal konfrontasiyada olan güclərin Ermənistan vasitəsilə regiona yerləşməsinin qarşısını almağa çalışır. Yəni, biz öz maraqlarımızdan çıxış edirik və ehtiyat edirik ki, bir gün həmin plasdarm üzünü Azərbaycana çevirəcək. Hesab edirəm ki, sülh sazişi ilə bağlı danışıqlar davam etdirilməlidir və yekun saziş imzalanmalıdır. Əgər sülh sazişi imzalanmayacaqsa, Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün alternativlər tapmağa çalışacaq. Azərbaycanın davranışları üçtərəfli razılaşmaların çərçivələrini aşmayıb", - deyə politoloq fikirlərini yeknlaşdırıb.
Qeyd edək ki, noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü keçiriləcək.
Noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.
Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə görüş təklifini dəstəkləyib.
Xəbər lenti
0