https://sputnik.az/20231124/brahim-kerbalayev-bu-il-azeriqaza-10-mine-yaxin-muraciet-daxil-olub-460830103.html
İbrahim Kərbalayev: "Bu il "Azəriqaz"a 10 minə yaxın müraciət daxil olub"
İbrahim Kərbalayev: "Bu il "Azəriqaz"a 10 minə yaxın müraciət daxil olub"
Sputnik Azərbaycan
Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 420 müraciət "Opentext" elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub. 24.11.2023, Sputnik Azərbaycan
2023-11-24T12:20+0400
2023-11-24T12:20+0400
2023-11-24T12:21+0400
"azəriqaz"
"azəriqaz" ib
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440664088_0:0:3135:1763_1920x0_80_0_0_3a57ec79021d0cb0b91ff46c7d07c6c2.jpg
BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə bu ilin yanvar-oktyabr aylarında müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9 831 müraciət daxil olub. bunu "Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyasında bildirib. Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 420 müraciət "Opentext" elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: "Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. "Opentext" proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 10 ayı ilə müqayisədə 783 müraciət azdır". İ. Kərbalayev bildirib ki, daha 5 411 müraciət elektron formada daxil olub. O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: "Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440664088_372:0:3103:2048_1920x0_80_0_0_4abeb21d6d1fb3982b951847b5e422d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azəriqaz", "azəriqaz" ib
"azəriqaz", "azəriqaz" ib
İbrahim Kərbalayev: "Bu il "Azəriqaz"a 10 minə yaxın müraciət daxil olub"
12:20 24.11.2023 (Yenilənib: 12:21 24.11.2023) Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 420 müraciət "Opentext" elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub.
BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə bu ilin yanvar-oktyabr aylarında müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9 831 müraciət daxil olub.
bunu "Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 420 müraciət "Opentext" elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: "Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. "Opentext" proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 10 ayı ilə müqayisədə 783 müraciət azdır".
İ. Kərbalayev bildirib ki, daha 5 411 müraciət elektron formada daxil olub.
O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: "Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib".