ELM

Alimlər bu gün dinozavrların harada yaşaya biləcəyini izah ediblər

Dinozavr - Sputnik Azərbaycan, 1920, 24.11.2023
Abunə olmaq
Yerdəki oksigen səviyyələri, Yura dövründə, təxminən 30% daha yüksək idi. Bu da mürəkkəb canlıların təkamülünə imkan yaradırdı.
BAKI, 24 noyabr — Sputnik. NASA tədqiqatçıları sırasına daxil olan Kornell Universitetinin bir qrup alimi Yura dövrünə aid dinozavrların hazırda başqa planetlərdə də mövcud ola biləcəyini müəyyən ediblər.
"Gazeta.ru" bu barədə "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunmuş məqaləyə istinadən xəbər verib.
Müəlliflərin fikrincə, Yer yaşayış üçün potensial planetlərin kəşfindən ötrü şablon rolunu oynayır. Buna görə də, dinozavrlar dövründə digər planetlərdə Yer kürəsində mövcud olmuş birləşmələri müəyyən etməklə alimlər digər kosmik obyektlərdə qədim canlıların analoqlarını aşkar edə bilərlər.
Yerdəki oksigen səviyyələri, o zaman, təxminən 30% daha yüksək idi. Bu da mürəkkəb canlıların təkamülünə imkan yaradırdı. Hazırda planetimizdə oksigenin səviyyəsi 21%-ə düşüb.
Teleskoplar alimlərə yüksək səviyyədə oksigen olan planetləri tapmağa kömək edəcək, bu da mümkün həyat deməkdir.
Əgər planet fanerozoy mərhələsindədirsə (təxminən 542 milyon il əvvəl başlayan və müasir dövrə qədər davam edən, bioloji növlərin sayının və orqanizmlərin görünüşünün kəskin şəkildə artdığı geoloji dövr), onda böyük ehtimal var ki, o, böyük və mürəkkəb həyat formalarının evi ola bilər.
Xəbər lenti
0