Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Yanğında maddi olaraq hər şeyimizi itirdik" - Yanmış bazardan reportaj - Foto+Video

© Sputnik / Murad OrujovZiya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Bazarda obyekti yanmış sahibkarlarla söhbət zamanı öyrəndik ki, satdıqları mallar sığortalanmayıb.
BAKI, 23 noyabr — Sputnik. Bakının ən böyük tikinti materialları bazarı olan "Baksol taxta bazarı" adalanan ticarət obyektində yanğın söndürülsə də, sahibkarlar hələ də narahatlıq içində idilər. Onlar bu hadisənin yenidən təkrarlanacağından ehtiyatlanırdılar. Səbəb isə tikinti materialları bazarında təhlükəsizlik tədbirlərinin görülməməsi, satdıqları malların sığortalanmamasıdır.
Bazarda yanğın hansı səbəbdən baş verib?
Yanğın baş vermiş bazarda sahibkarlar Sputnik Azərbaycan-a bildiriblər ki, yanğının baş vermə səbəbi tam bəlli olmasa da, ilkin ehtimallara görə hadisə elektrik naqillərində qısa qapanmadan baş verib. Onların sözlərinə görə, havaların soyması ilə əlaqədar bazardakı köşklərdə istilik qızdırıcılarından istifadə olunur. Sahibkarlar qızdırıcı cihazların söndürülməməsinin yanğının baş vermə səbəbləri kimi ehtimallar arasında olduğunu söylədilər. Qeyd etdilər ki, onlar bazarın yanmasından səhər işə gələrkən xəbər tutublar.
Hadisə yerində olan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə bildirib ki, saat 05:41 dəqiqədə FHN-in 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:
"Yanğınla bağlı yüksək çağırış elan edilib. 20 -ə yaxın texnika və 100 yaxın şəxsiyyət hadisə yerinə cəlb olunub Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xəttlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib.
Hazırda ərazidə 110 kilovotluq elektrik dirəyi 45 dərəcə bucaq altında deformasiya uğrayıb və aşma təhlükəsi var. Əməkdaşlarının mövcud vəziyyətdə proktokol üzrə təhülkəsizliyi nəzərə alınaraq xidmətlərinin aparılması təmin edilib. Havanın küləkli olması yanğını böyük sahələrə yayıb və 3 mənbə yaradıb. Hazırda bütün istiqamətlərdə yanğın tam əhatəyə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğın tam məhdudlaşdırılıb və yayılmasının qarşısı alınıb. Açıq alov yoxdur. Müəyyən vaxt tələb olunur ki, tam söndürülsün".
© Sputnik / Murad OrujovZiya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
Пожар на территории рынка строительных материалов на проспекте Зии Буниятова Бинагадинского района - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
Rza Xudiyev qeyd edib ki, yanğının ilkin səbəbləri araşdırılır.
Sahibkarlara milyonlarla manat ziyan dəyib, bəs sığorta ödəniləcəkmi?
Bazarda obyekti yanmış sahibkarlarla söhbət zamanı öyrəndik ki, satdıqları mallar sığortalanmayıb. Onlar dəymiş ziyanın məbləğinin milyonlarla manat olduğunu, hər obyektə fərqli məbləğdə zərər dəydiyini söyləyiblər.
© Sputnik / Murad OrujovZiya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
İnşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, yanğında onun 1,5 milyon manatlıq malı qısa zamanda kül olub:
"Yanğında bir milyon yarımlıq malım qısa zamanda kül oldu, getdi. Ən pisi isə odur ki, dünən bir vaqon yeni material gətirmişdik".
Sahibkar obyektlərinin sığortasının olmadığını deyib: "Səhər saatlarında mənə zəng etdilər ki, gəl, yanğın baş verib. Yanğın küləyə görə gücləndi. Yanğınsöndürənlər tez gəldi, amma güclü külək yanğını daha da alovlandırdı. Heç birimizin sığortası yoxdur. 4-5 il əvvəl də bu bazarda belə yanğın olmuşdu. Bu gün baş verən yanğının hansı səbəbdən olduğu məlum deyil. Qəsdən törədilməsi ehtimalı da yoxdur, çünki bazar mühafizə olunur".
Digər sahibkar İntiqam Kərimova da yanğında küllü məbləğdə ziyan dəyib. 18 ildir bazarda taxta sexi işlədən sahibkar Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 150 min manatlıq əmlakı məhv olub. O, yanğında həm taxtaların, həm də sexdə işlədilən avadanlıqların yandığını söyləyib. Həmsöhbətimiz dedi ki, digər sahibkarlar kimi onun da mallarının və sexinin sığortası olmayıb. Baş vermiş yanğında demək olar ki, maddi olaraq hər şeyini itirib.
© Sputnik / Zullfiye GuluyevaKərimov İntiqam
Kərimov İntiqam - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Kərimov İntiqam
Risklərdən sığorta könüllüdür!
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) da Sputnik Azərbaycan-a bildirdilər ki, ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb.
"Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və "Taxta bazarı" kimi tanınan inşaat materialları bazarında baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq araşdırma apardıq. Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada Daşınmaz əmlakın icbari sığortası yox, Əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır" - açıqlamada bildirilib.
"Əmlakların yanğından və digər risklərdən sığortası növünün könüllü sığorta növü olduğunu nəzərə alsaq, mövcud bazardakı mal və materialların sığortasının olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Burada ya sahibkarların sığortaya biganə yanaşması, ya da sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları kimi amillər başlıca səbəb ola bilər. Hər bir halda bu kimi hadisələr bir daha onu göstərir ki, daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir" - ASA-nın məlumatında deyilir.
ASA həmçinin diqqətə çatdırıb ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır:
© Sputnik / Murad OrujovZiya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın
"Əmlakların yanğından və digər risklərdən sığortası növü könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvafiq sənədlərinin qaydasında olmasından ibarətdir. Əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər".
Xəbər lenti
0