Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda yol qəzası olub, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır

© Depositphotos.com / Pavel1964Qəza nişanı, arxiv şəkli
Qəza nişanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
BAKI, 23 noyabr - Sputnik. İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır.
”Report”un Yuxarı Şirvan bürosu bürosu xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0