https://sputnik.az/20231123/qizilcadan-dord-yasli-korpe-telef-oldu-babasindan-aciqlama-460793677.html
Dörd yaşlı körpənin qızılcadan tələf olmasına TƏBİB-dən reaksiya
Dörd yaşlı körpənin qızılcadan tələf olmasına TƏBİB-dən reaksiya
Sputnik Azərbaycan
Ənzəl Qəribov uşağın yeddi-səkkiz gündür qızılca çıxardığını bildirib. 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T16:07+0400
2023-11-23T16:07+0400
2023-11-23T16:09+0400
uşaq
hadisə
qızılca
kürdəmir
https://cdnn1.img.sputnik.az/img/42308/99/423089955_0:160:3072:1888_1920x0_80_0_0_7a65e8a9b11110044e7f7d2ad2608164.jpg
BAKI, 23 noyabr — Sputnik. Kürdəmirdə qızılcadan ölən uşaq bu xəstəliyə görə peyvənd olunmayıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda TƏBİB-dən bildirilib."Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb" deyə sorğuya cavabda bildirilib. O da qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub. 21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb. 23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib. Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.***Kürdəmir rayonunda qızılcadan dörd yaşlı uşaq tələf olub. Bu barədə Sputnik Azərbaycan-a Kürdəmir Rayon Polis İdarəsindən məlumat verilib. Xəbərə görə, Kürdəmir rayonun Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib. Ölən uşağın babası Ənzəl Qəribov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, uşaq yeddi-səkkiz gün imiş qızılca çıxarıbmış: Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından isə Sputnik Azərbaycan-a bildirilib ki, uşaq xəstəxanada müalicə almayıb, evdə ölüb, nəşi morqa aparılıb. Xatırladaq ki, Zaqataladan sonra Kürdəmir rayonunda da qızılca xəstəliyi geniş yayılıb.
https://sputnik.az/20231121/nazir-qizilca-ile-bagli-veziyyet-tam-nezaretdedir-460193927.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/99/423089955_171:0:2902:2048_1920x0_80_0_0_a55383a984a15c7fb93a060bff3f4167.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, qızılca, kürdəmir
Dörd yaşlı körpənin qızılcadan tələf olmasına TƏBİB-dən reaksiya
16:07 23.11.2023 (Yenilənib: 16:09 23.11.2023) Ənzəl Qəribov uşağın yeddi-səkkiz gündür qızılca çıxardığını bildirib.
BAKI, 23 noyabr — Sputnik. Kürdəmirdə qızılcadan ölən uşaq bu xəstəliyə görə peyvənd olunmayıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda TƏBİB-dən bildirilib.
"Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb" deyə sorğuya cavabda bildirilib.
O da qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək 3 gün sonra təkrar müayinəyə dəvət olunub.
21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb. 23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib.
Meyit patoloji anatomik təşrihə verilib. Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.
Kürdəmir rayonunda qızılcadan dörd yaşlı uşaq tələf olub. Bu barədə Sputnik Azərbaycan-a Kürdəmir Rayon Polis İdarəsindən məlumat verilib.
Xəbərə görə, Kürdəmir rayonun Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Ölən uşağın babası Ənzəl Qəribov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, uşaq yeddi-səkkiz gün imiş qızılca çıxarıbmış:
"Uşağı həkimə aparıb-gətirirdik. Müalicə üçün siroplar yazmışdılar. Amma həyatını xilas edə bilmədik körpənin. Səhər bədəni daha çox səpmişdi. Temperatur yüksəldi, qəflətən keçindi".
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından isə Sputnik Azərbaycan-a bildirilib ki, uşaq xəstəxanada müalicə almayıb, evdə ölüb, nəşi morqa aparılıb.
Xatırladaq ki, Zaqataladan sonra Kürdəmir rayonunda da qızılca xəstəliyi geniş yayılıb.