SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağdan gələnlərin Ermənistandan kütləvi axını yoxdur – Paşinyan

© Sputnik / Евгений Биятов / Mediabanka keçidNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Hökumət üçün əsas odur ki, həmvətənlərin Ermənistan Respublikasında qalmasına köməklik göstərilsin, onların işlə təmin olunması məsələsinin həlli çox vacibdir.
BAKI, 23 noyabr — Sputnik. Qarabağı tərk edərək Ermənistana gəlmiş ermənilərin kütləvi axını yoxdur. Bu barədə Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bildirib.
Paşinyanın qeyd edib ki, ilk günlərdə Qarabağdan gələn ermənilərin Ermənistanı tərk etmə statistikası narahatlıq doğursa da, indi kütləvi mühacirətin müşahidə edilmədiyini demək olar. Hökumət başçısı hesab edir ki, onların bəziləri müvəqqəti olaraq Ermənistsanı tərk ediblər və indi qayıdırlar:

"Hökumət üçün əsas odur ki, həmvətənlərin Ermənistan Respublikasında qalmasına köməklik göstərilsin, onların işlə təmin olunması məsələsinin həlli çox vacibdir".

Baş nazir xatırladıb ki, 2018-ci ildən Ermənistanda 183 minə yaxın iş yeri (həm yeni, həm də kölgə sektorundan çıxarılanlar - red.) qeydə alınıb, 2023-cü ilin oktyabrında isə onların sayı 730 mini keçib.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Xəbər lenti
0