https://sputnik.az/20231123/ozbekistan-ticaret-prosedurlarinin-sadelesdirilmesi-ucun-cagiris-edib-460803361.html
Özbəkistan ticarət prosedurlarının sadələşdirilməsi üçün çağırış edib
Özbəkistan ticarət prosedurlarının sadələşdirilməsi üçün çağırış edib
Sputnik Azərbaycan
Özbəkistanın SPECA ölkələri ilə xarici ticarət dövriyyəsi ötən ilin sonu ilə müqayisədə 18 % artaraq 8 milyard ABŞ dollarına çatıb. 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T19:27+0400
2023-11-23T19:27+0400
2023-11-23T19:27+0400
özbəkistan
cəmiyyət
xəzər
mərkəzi asiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_0:160:3073:1888_1920x0_80_0_0_c36c1f7800693b4d9efb1e9e502cf6f2.jpg
BAKI, 23 noyabr — Sputnik. SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri arasında ticarət prosedurları sadələşdirilməlidir, ticarət dövriyyəsinin kəskin artırılması üçün şərait yaradılmalıdır. Bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri, baş nazirin müavini Cəmşid Kuçkarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib. "Özbəkistanın SPECA ölkələri ilə xarici ticarət dövriyyəsi ötən ilin sonu ilə müqayisədə 18 % artaraq 8 milyard ABŞ dollarına çatıb. Lakin bu il həmin artım templəri azalmaq üzrədir. Belə ki, ticarət sahəsində bir sıra maneələr var. Olduqca vacibdir ki, biz Avropa İqtisadi Komissiyası və ESCATO ilə fəaliyyətimizi daha da fəallaşdıraq. Yeni mexanizmlər istifadə edərək ticarət prosedurlarını sadələşdirməliyik, həcmləri artırmalıyıq. Bunun sayəsində gömrük inzibatçılığında qabaqcıl üsülların tətbiqi, yükdaşıma prosesinin rəqəmsallaşdırılması, standartlaşma və laborator sertifikatlaşmasında müasir üsülların tətbiqi, "vahid pəncərə"yə qoşulma və elektron kommersiyanın regional platformasının təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar 2023-2024-cü illər üçün işçi qrupunun iş planına daxil edilməlidir", - C. Kuçkarov bildirib. Hazırda Mərkəzi Asiya və Xəzər regionu qarşısında daha ciddi müasir çağırışların dayandığını diqqətə çatdıran nazir, yalnız birgə səylərin gücləndirilməsi və BMT-nin təsisatlarının dəstəyi ilə onlara effektiv müqavimət göstərməyin mümkün olacağını vurğulayıb.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_170:0:2901:2048_1920x0_80_0_0_af62a189a8961b8220909185ee8c32e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, xəzər, mərkəzi asiya
özbəkistan, xəzər, mərkəzi asiya
Özbəkistan ticarət prosedurlarının sadələşdirilməsi üçün çağırış edib
Özbəkistanın SPECA ölkələri ilə xarici ticarət dövriyyəsi ötən ilin sonu ilə müqayisədə 18 % artaraq 8 milyard ABŞ dollarına çatıb.
BAKI, 23 noyabr — Sputnik. SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri arasında ticarət prosedurları sadələşdirilməlidir, ticarət dövriyyəsinin kəskin artırılması üçün şərait yaradılmalıdır.
Bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri, baş nazirin müavini Cəmşid Kuçkarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.
"Özbəkistanın SPECA ölkələri ilə xarici ticarət dövriyyəsi ötən ilin sonu ilə müqayisədə 18 % artaraq 8 milyard ABŞ dollarına çatıb. Lakin bu il həmin artım templəri azalmaq üzrədir. Belə ki, ticarət sahəsində bir sıra maneələr var. Olduqca vacibdir ki, biz Avropa İqtisadi Komissiyası və ESCATO ilə fəaliyyətimizi daha da fəallaşdıraq. Yeni mexanizmlər istifadə edərək ticarət prosedurlarını sadələşdirməliyik, həcmləri artırmalıyıq. Bunun sayəsində gömrük inzibatçılığında qabaqcıl üsülların tətbiqi, yükdaşıma prosesinin rəqəmsallaşdırılması, standartlaşma və laborator sertifikatlaşmasında müasir üsülların tətbiqi, "vahid pəncərə"yə qoşulma və elektron kommersiyanın regional platformasının təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar 2023-2024-cü illər üçün işçi qrupunun iş planına daxil edilməlidir", - C. Kuçkarov bildirib.
Hazırda Mərkəzi Asiya və Xəzər regionu qarşısında daha ciddi müasir çağırışların dayandığını diqqətə çatdıran nazir, yalnız birgə səylərin gücləndirilməsi və BMT-nin təsisatlarının dəstəyi ilə onlara effektiv müqavimət göstərməyin mümkün olacağını vurğulayıb.