Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Gələn il Qarabağın yenidən qurulmasına azı 2,4 milyard dollar ayrılacaq

© AFP 2024 / EMMANUEL DUNANDСтроительная площадка в Физули
Строительная площадка в Физули - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Mikayıl Cabbarov bildirib ki, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.
BAKI, 23 noyabr — Sputnik. 2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına azı 2,4 milyard ABŞ dolları ayrılacaq.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.
"Bu kontekstdə biz Füzuli şəhərində tikilən məktəbə görə Özbəkistana və əməkdaşlığa görə Qazaxıstana təşəkkür edirik. Bütün bunlar xalqlarımız arasında dostluğun, qardaşlığın əlamətidir", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycanda “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum keçirilib. Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi proqramın 25 illiyinə həsr olunub.
Xəbər lenti
0