ELM

Mask "Cybertruck" elektrik pikapının satışına başladığını elan edib

© AP Photo / Ringo H.W. ChiuCybertruck
Cybertruck - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Elektrikli pikapın ilk istehsal nüsxəsi iyul ayında Texasda yığılıb.
BAKI, 23 noyabr — Sputnik. Amerikanın "Tesla" şirkətinin sahibi İlon Mask Şimali Amerikada "Cybertruck" elektrik pikapının satışına başladığını elan edib.
O, bu barədə X* sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
"Cybertruck artıq "Tesla" mağazalarına yola düşür", - deyə sahibkar yazıb.
Xatırladaq ki, elektrikli pikapın ilk istehsal nüsxəsi iyul ayında Texasda yığılıb. Ümumiyyətlə, avtomobil 2019-cu ilin noyabrında təqdim edilib. Elə həmin vaxt Mask, pikapın funksional xüsusiyyətlərinə görə Ford F-150-yə bənzəyəcəyini və eyni zamanda "gələcəkdən gələn bir zirehli piyada maşını" kimi olacağını söyləyib. İş adamının sözlərinə görə, dizayn elmi fantastika filmi olan "Ülgücün üzərində qaçan" filminmdən ilhamlanaraq işlənilib.
Xəbər lenti
0