https://sputnik.az/20231123/ermenistan-sulhden-danissa-da-azerbaycana-qarsi-kampaniya-aparir---ferid-sefiyev--460803228.html
Ermənistan sülhdən danışsa da Azərbaycana qarşı kampaniya aparır - Fərid Şəfiyev
Ermənistan sülhdən danışsa da Azərbaycana qarşı kampaniya aparır - Fərid Şəfiyev
Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri deyib ki, Azərbaycan onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul... 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T23:35+0400
2023-11-23T23:35+0400
2023-11-23T23:35+0400
fərid şəfiyev
təhlil
abş
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426169575_0:0:3072:1728_1920x0_80_0_0_675ccb6fa117faf2dd89928d6372251c.jpg
BAKI, 23 noyabr — Sputnik. "Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır" Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Report"a deyib. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra ölkənin xarici siyasətində duran əsas prioritetlərdən danışan sədr bildirib ki, hazırda bununla bağlı əlavə müzakirələrə ehtiyac var. "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək istəyən güc strukturlarının yersiz rəqabət "prosesə" mane olur. Ermənistanla bağlı bir sıra vacib məsələlər – delimitasiya, nəqliyyat yollarının açılması və s. var. Bu məsələlərin həlli ilə bağlı biz müəyyən problemlərlə üzləşirik, çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistan sülhdən danışır, amma media, elmi, hüquqi müstəvidə Azərbaycana qarşı kampaniya aparır. Təəssüflər olsun ki, Amerika və Avropada bunu dəstəkləyən ölkələr var. Buna görə də Azərbaycan bu kampaniyaya qarşı mübarizə aparmalıdır", - F.Şəfiyev qeyd edib. O, əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan və Ermənistan arasında vasitəçiliklə bağlı açıqlamalar verir: "Biz onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul etməyəcəyik. Əgər hər hansı bəyanatla mövqelərini təkzib etsələr, o zaman vasitəçiliyi qəbul edə bilərik. Vasitəçilik missiyasında Böyük Britaniya da rol oyanaya bilər. Digər ölkələrlə müqayisə etsək, Britaniya balanslı mövqedədir. Azərbaycan isə vasitəçilərin tərəfdarı deyil. Çünki onlar öz gündəlikləri ilə çıxış edirlər. Eyni zamanda, böyük güclər arasında rəqabət var, bu da imkan vermir ki, hər hansı vasitəçi öz monopoliyasını saxlasın". F.Şəfiyevin sözlərinə görə, digər bir məsələ azərbaycanlıların azad olunmuş torpaqlara geri qayıtmasıdır: "Bu, bir tərəfdən bizim daxili məsələmizdir, digər tərəfdən xarici siyasətin bir tərkib hissəsidir. Gələcəkdə xarici investorları həmin ərazilərə cəlb etmək, mina məsələsini həll etmək kimi missiya var. Həmçinin, xarici siyasətimizdə digər məsələlər formalaşıb. Burada türk dövlətlərinin əməkdaşlığı, Orta Dəhliz kimi məsələlər prioritetdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426169575_341:0:3072:2048_1920x0_80_0_0_56260367d8b4cc85e89d05f6b844fea3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fərid şəfiyev, abş, britaniya, böyük britaniya
fərid şəfiyev, abş, britaniya, böyük britaniya
Ermənistan sülhdən danışsa da Azərbaycana qarşı kampaniya aparır - Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri deyib ki, Azərbaycan onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul etməyəcək.
BAKI, 23 noyabr — Sputnik. "Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır"
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Report"a deyib.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra ölkənin xarici siyasətində duran əsas prioritetlərdən danışan sədr bildirib ki, hazırda bununla bağlı əlavə müzakirələrə ehtiyac var.
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək istəyən güc strukturlarının yersiz rəqabət "prosesə" mane olur. Ermənistanla bağlı bir sıra vacib məsələlər – delimitasiya, nəqliyyat yollarının açılması və s. var. Bu məsələlərin həlli ilə bağlı biz müəyyən problemlərlə üzləşirik, çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistan sülhdən danışır, amma media, elmi, hüquqi müstəvidə Azərbaycana qarşı kampaniya aparır. Təəssüflər olsun ki, Amerika və Avropada bunu dəstəkləyən ölkələr var. Buna görə də Azərbaycan bu kampaniyaya qarşı mübarizə aparmalıdır", - F.Şəfiyev qeyd edib.
O, əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan və Ermənistan arasında vasitəçiliklə bağlı açıqlamalar verir: "Biz onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul etməyəcəyik. Əgər hər hansı bəyanatla mövqelərini təkzib etsələr, o zaman vasitəçiliyi qəbul edə bilərik. Vasitəçilik missiyasında Böyük Britaniya da rol oyanaya bilər. Digər ölkələrlə müqayisə etsək, Britaniya balanslı mövqedədir. Azərbaycan isə vasitəçilərin tərəfdarı deyil. Çünki onlar öz gündəlikləri ilə çıxış edirlər. Eyni zamanda, böyük güclər arasında rəqabət var, bu da imkan vermir ki, hər hansı vasitəçi öz monopoliyasını saxlasın".
F.Şəfiyevin sözlərinə görə, digər bir məsələ azərbaycanlıların azad olunmuş torpaqlara geri qayıtmasıdır: "Bu, bir tərəfdən bizim daxili məsələmizdir, digər tərəfdən xarici siyasətin bir tərkib hissəsidir. Gələcəkdə xarici investorları həmin ərazilərə cəlb etmək, mina məsələsini həll etmək kimi missiya var. Həmçinin, xarici siyasətimizdə digər məsələlər formalaşıb. Burada türk dövlətlərinin əməkdaşlığı, Orta Dəhliz kimi məsələlər prioritetdir".