DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan KTMT sammitinin heç bir qərarını əngəlləməyib - Volfoviç

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidBelarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Belarus Xarici İşlər Nazirliyi və Ermənistan Xarici İşlər Nazirliyi bütün qərarlar, bəyannamə üzrə razılığa gəliblər.
BAKI, 23 noyabr — Sputnik. Ermənistan KTMT sammitinin heç bir qərarını əngəlləməyib, bu da erməni tərəfinin təşkilatla həmrəyliyindən xəbər verir. Bu barədə jurnalistlərə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat verib.
"Ermənistan heç bir qərarı əngəlləməyib. Belarus Xarici İşlər Nazirliyi və Ermənistan Xarici İşlər Nazirliyi bütün qərarlar (dövlət başçılarının iştirakı ilə keçirilən sammitə təqdim olunmuş sənədlər), bəyannamə üzrə razılığa gəliblər. Bu, həm də hazırda təşkilata həvalə edilmiş məsələlərin həllində Ermənistan tərəfi də daxil olmaqla, qarşılıqlı həmrəylikdən xəbər verir", - Volfoviç bildirib.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.
Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə təhdidlərə lazımi cavab verməyib.
Xəbər lenti
0