https://sputnik.az/20231123/derneguldeki-taxta-bazari-yanir---xesaret-alan-var-460787721.html
Dərnəgül taxta bazarındakı yanğın lokallaşdırılıb, ölən və xəsarət alanlar var - Yenilənir
Dərnəgül taxta bazarındakı yanğın lokallaşdırılıb, ölən və xəsarət alanlar var - Yenilənir
Sputnik Azərbaycan
Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Yanğın nəticəsində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T12:47+0400
2023-11-23T12:47+0400
2023-11-23T13:04+0400
hadisə
binəqədi
binəqədi rayonu
yanğın
taxta bazarı
taxta
"dərnəgül"
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460789384_0:0:1280:720_1920x0_80_0_0_c624d124eb398d6fa3c7965cb77459a8.jpg
BAKI, 23 noyabr - Sputnik. Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.Onun sözlərinə görə, nazirliyə yanğınla əlaqəli məlumat saat 05:41-də daxil olub: "Dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib. Bununla da Bakı qarnizonunun qüvvələri yanğın yerinə cəlb edilib. Yəni 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyət gəlib. Səhər güclü külək səbəbindən yanğın üç istiqamətə yayılıb, sahəsi 1 500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə, yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur".R.Xudiyev bildirib ki, yanğın bazarın mərkəz hissəsində baş verib: “Taxtalar kiplərlə yığılıb və böyük hündürlükdə olub. Bundan başqa, 30-35 metrlik hündürlükdə olan yüksəkgərginlikli elektrik dirəyi 45 dərəcə bucaq altında formasını dəyişib. Onun aşmaq təhlükəsi var. Yanğını söndürməyə çalışırıq. Hazırda açıq alov yoxdur. Kiplərin içərisində olan gizli mənbələrin söndürülməsinə nail olmağa çalışırıq. Yanğının mənbəyi barədə indi məlumat verə bilmərik. Bununla bağlı FHN-in ekspert qrupu işləyəcək”.***Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.Əlavə məlumat veriləcək.***Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.FHN Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.***Yanğın zamanı işçilər arasında xəsarət alanlar var.Bu barədə məlumat verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib ki, yanğının sahəsi 4000 kv metrə yaxındır."Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək tempratur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz tempraturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin" - Xudiyev deyib.O əlavə edib ki, inşaat materialları bazarında yanğın zamanı işçilər xəsarət alıb.***Saat 05:41 dəqiqədə FHN-in 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.O bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:"Yanğınla bağlı yüksək çağırış elan edilib. Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xəttlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Yanğın sahəsi 4000 kvadrat metrdən çoxdur. Hal-hazırda bütün istiqamətlərdə yanğın perimetri boyunca tam əhatə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğının yayılmasının qarşısı alınıb".***23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.TƏBİB-dən APA-ya bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.***Bakının Binəqədi rayonunda güclü yanğın hadisəsi başlayıb.Hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-nin 10 texnikası cəlb edilib.Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.Yanğın zamanı bir nəfər xəsarət alıb (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460789384_160:0:1120:720_1920x0_80_0_0_c8517a6191b8542a0ef34cdcc2b6262a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
binəqədi, binəqədi rayonu, yanğın, taxta bazarı, taxta, "dərnəgül"
binəqədi, binəqədi rayonu, yanğın, taxta bazarı, taxta, "dərnəgül"
Dərnəgül taxta bazarındakı yanğın lokallaşdırılıb, ölən və xəsarət alanlar var - Yenilənir
12:47 23.11.2023 (Yenilənib: 13:04 23.11.2023) Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Yanğın nəticəsində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
BAKI, 23 noyabr - Sputnik. Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, nazirliyə yanğınla əlaqəli məlumat saat 05:41-də daxil olub: "Dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib. Bununla da Bakı qarnizonunun qüvvələri yanğın yerinə cəlb edilib. Yəni 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyət gəlib. Səhər güclü külək səbəbindən yanğın üç istiqamətə yayılıb, sahəsi 1 500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə, yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur".
R.Xudiyev bildirib ki, yanğın bazarın mərkəz hissəsində baş verib:
“Taxtalar kiplərlə yığılıb və böyük hündürlükdə olub. Bundan başqa, 30-35 metrlik hündürlükdə olan yüksəkgərginlikli elektrik dirəyi 45 dərəcə bucaq altında formasını dəyişib. Onun aşmaq təhlükəsi var. Yanğını söndürməyə çalışırıq. Hazırda açıq alov yoxdur. Kiplərin içərisində olan gizli mənbələrin söndürülməsinə nail olmağa çalışırıq. Yanğının mənbəyi barədə indi məlumat verə bilmərik. Bununla bağlı FHN-in ekspert qrupu işləyəcək”.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı işçilər arasında xəsarət alanlar var.
Bu barədə məlumat verən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib ki, yanğının sahəsi 4000 kv metrə yaxındır.
"Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək tempratur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz tempraturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin" - Xudiyev deyib.
O əlavə edib ki, inşaat materialları bazarında yanğın zamanı işçilər xəsarət alıb.
Saat 05:41 dəqiqədə FHN-in 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:
"Yanğınla bağlı yüksək çağırış elan edilib. Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xəttlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Yanğın sahəsi 4000 kvadrat metrdən çoxdur. Hal-hazırda bütün istiqamətlərdə yanğın perimetri boyunca tam əhatə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğının yayılmasının qarşısı alınıb".
23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən APA-ya bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
Bakının Binəqədi rayonunda güclü yanğın hadisəsi başlayıb.
Hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.
Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-nin 10 texnikası cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Yanğın zamanı bir nəfər xəsarət alıb (APA).