https://sputnik.az/20231123/bineqedide-yangin-bas-verdiyi-eraziye-7-tecili-tibbi-yardim-briqadasi-celb-olunub-460821725.html
FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
Sputnik Azərbaycan
Qeyd edək ki, DİN-in məlumatına görə, xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb. 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T22:10+0400
2023-11-23T22:10+0400
2023-11-23T22:10+0400
yanğın
bakıda yanğın
yanğın
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460789450_0:0:1280:720_1920x0_80_0_0_4a271044591a9c9b871471584a2aa2ae.jpg
BAKI, 23 noyabr - Sputnik. Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb."Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.Qeyd olunub ki, baş verən yanğına 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb."Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır", - R.Nəsirov deyib.***Yanğın səbəbindən Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.***Yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.Sürücülərdən nəzərə almaları xahiş edilir.***Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.***Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.Hazırda tədbirlər davam etdirilir.***23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.Bu barədə TƏBİB məlumat yayıb.Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.Əlavə məlumat veriləcək.***Binəqədi rayonunda obyektdəki yanğın məhdudlaşdırılıb.Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.Əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460789450_160:0:1120:720_1920x0_80_0_0_2b973d5b81630d4aff7e092799fcd8e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, bakıda yanğın, yanğın
yanğın, bakıda yanğın, yanğın
FHN: Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
Qeyd edək ki, DİN-in məlumatına görə, xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
BAKI, 23 noyabr - Sputnik. Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.
Qeyd olunub ki, baş verən yanğına 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.
"Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır", - R.Nəsirov deyib.
Yanğın səbəbindən Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Sürücülərdən nəzərə almaları xahiş edilir.
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.
Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.
23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu barədə TƏBİB məlumat yayıb.
Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.
Binəqədi rayonunda obyektdəki yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.