Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda məktəblilərə pulsuz yemək veriləcək?

© AP Photo / Matt YorkMəktəbdə bufet, arxiv şəkli
Məktəbdə bufet, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Ekspertlər deputatın məktəblilərin isti yeməklə təmin edilməsi təklifinə isti yanaşmırlar.
BAKI, 23 noyabr — Sputnik. Məktəblərdə şagirdlərin qidalanmasının dövlət tərəfindən həyata keçirilməsi üçün dövlət satınalmalarına daha ciddi nəzarət mexanizmi hazırlanmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a iqtisadçı ekspert Natiq Cəfərli şagirdlərin qidalanmasının dövlət tərəfindən həyata keçirilməsi barədə səslənən təklifə münasibətində söyləyib. Ekspert deyib ki, məktəblilərin dövlətin maliyyəsi ilə qidalanması böyük vəsait tələb edən məsələdir.
"Ölkədə yüzminlərlə şagird var. Onların hamısının yeməklə təmin olunması üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Bunu tətbiq etmək mümkündür, amma əsas məsələ odur ki, bunun maliyyələşməsi necə həyata keçiriləcək? Mexanizmlər hazırlanmalıdır ki, keyfiyyətli qidalanmaya nəzarət mümkün olsun. Əsas məsələ burada büdcədən vəsaitin ayrılmasıdır" - iqtisadçı bildirib.
Qeyd edək ki, Milli Məclisin ötən iclasında deputat İltizam Yusifov şagirdlərin qidalanmasının dövlət nəzarətində olmasını təklif edib. Deputat bunu məktəblilər arasında tez-tez dönərdən zəhərlənmə hallarının olması ilə əlaqələndirib.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məktəb bufetləri aşağı sinif şagirdlərinə sözügedən xidməti göstərəcək infrastruktura malik deyil. Mövcud məktəblərin son on ildə cəmi 3500-ü müasir standartlara cavab verilən şəkildə tikilib. 960 məktəb isə hazırda qəzalı vəziyyətdədir.
"Hər məktəbin bufetində iki işçi çalışır. Məktəblərdə birinci sinfə gedən uşağa isti yemək paylayacaq personal yoxdur. Məktəb bufetlərində şagird sayına uyğun servis xidməti göstərə biləcək stol, stul, qab-qacaq, isti yeməklərin saxlanılması üçün soyuducular da yoxdur. Yemək bişirilməsi, eləcə də digər xidmətləri göstərəcək personallar olmalıdır. Ölkədəki 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird var. Bu məktəblərin 487 mini Bakının payına düşür. Bakıda təkcə birinci sinifə 40 min, bütün ölkə üzrə isə 160 min şagird gedir. Ölkə üzrə ibtidai siniflərdə təhsil alanların sayı isə 500 min ətrafındadır. Bütün bunları nəzərə alsaq, deputatın təklifinin Azərbaycan məktəblərində reallaşması çətindir" - K.Əliyev deyib.
Xatırladaq ki, sovet dövründə Azərbaycanda məktəblərdə 6 yaşlı şagirdlərin qidalanması ənənəsi mövcud olub.
Xəbər lenti
0