https://sputnik.az/20231123/azerbaycan-lideri-armida-salsiya-alisahbanani-qebul-edib-460813915.html
Azərbaycan lideri Armida Salsiya Alişahbananı qəbul edib
Azərbaycan lideri Armida Salsiya Alişahbananı qəbul edib
Sputnik Azərbaycan
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 23.11.2023, Sputnik Azərbaycan
2023-11-23T19:40+0400
2023-11-23T19:40+0400
2023-11-23T19:40+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
qəbul
sakit okean
asiya-sakit okean
asiya-sakit okean regionu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460813751_0:49:3543:2042_1920x0_80_0_0_9ac4c14c40052fa1094f5e5009fef63f.jpg
BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 53 üzv və 9 assosiativ üzvdən ibarətdir. Təşkilatın İcraçı katibi 2018-ci ilin sentyabr ayından etibarən xanım Armida Salsiya Alişahbanadır. Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir. UNESCAP-ın fəaliyyət göstərdiyi 9 istiqamətdən biri məhz enerjidir. Azərbaycan 31 iyul 1992-ci ildən təşkilata üzvdür. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial icmalını hazırlayaraq təşkilata təqdim edir. 2 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və Asiya və UNESCAP-ın o dövrdəki icraçı katibi pakistanlı xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində regionda iqtisadi vəziyyətin perespektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya təşkil olunub. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib. 15-19 may 2017-ci il tarixində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilib. Tədbirdə Energetika nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. 7-11 oktyabr 2019-cu il tarixlərində Taylandın paytaxtı Banqkokda UNESCAP çərçivəsində Dayanıqlı İnkişaf üçün Enerji üzrə 10-cu Beynəlxalq Forum və UNESCAP-ın Energetika Komitəsinin 2-ci sessiyası keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib. 24-26 fevral 2021-ci il tarixində UNESCAP-ın Energetika Komitəsinin virtual formatda 3-cü sessiyası keçirilib. "Asiya və Sakit Okean regionunda daha yaşıl, davamlı və inklüziv enerji gələcəyi üçün enerji transformasiyası" mövzusuna həsr olunan tədbirdə Energetika Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilib.
sakit okean
asiya-sakit okean
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460813751_820:0:3543:2042_1920x0_80_0_0_b2da223bc268ea3c32b7b72ce840c2fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, qəbul, sakit okean, asiya-sakit okean, asiya-sakit okean regionu
prezident ilham əliyev, qəbul, sakit okean, asiya-sakit okean, asiya-sakit okean regionu
Azərbaycan lideri Armida Salsiya Alişahbananı qəbul edib
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb.
BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) 1947-ci ildə yaradılıb. 53 üzv və 9 assosiativ üzvdən ibarətdir. Təşkilatın İcraçı katibi 2018-ci ilin sentyabr ayından etibarən xanım Armida Salsiya Alişahbanadır.
Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir. UNESCAP-ın fəaliyyət göstərdiyi 9 istiqamətdən biri məhz enerjidir.
Azərbaycan 31 iyul 1992-ci ildən təşkilata üzvdür. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial icmalını hazırlayaraq təşkilata təqdim edir.
2 fevral 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində BMT-nin baş katibinin müavini və Asiya və UNESCAP-ın o dövrdəki icraçı katibi pakistanlı xanım Şamşad Axtarın Azərbaycana səfəri çərçivəsində regionda iqtisadi vəziyyətin perespektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya təşkil olunub. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
15-19 may 2017-ci il tarixində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilib. Tədbirdə Energetika nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
7-11 oktyabr 2019-cu il tarixlərində Taylandın paytaxtı Banqkokda UNESCAP çərçivəsində Dayanıqlı İnkişaf üçün Enerji üzrə 10-cu Beynəlxalq Forum və UNESCAP-ın Energetika Komitəsinin 2-ci sessiyası keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.
24-26 fevral 2021-ci il tarixində UNESCAP-ın Energetika Komitəsinin virtual formatda 3-cü sessiyası keçirilib. "Asiya və Sakit Okean regionunda daha yaşıl, davamlı və inklüziv enerji gələcəyi üçün enerji transformasiyası" mövzusuna həsr olunan tədbirdə Energetika Nazirliyinin nümayəndələrinin iştirakı təmin edilib.