DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Vaşinqtondan şikayətlənib

© AFP 2023 / BRENDAN SMIALOWSKIZelenski
Zelenski  - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Ukrayna lideri Qərbdən Ukraynaya əlavə yardımın göstərilməsi məsələsindən narahatdır.
BAKI, 22 noyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtondan Kiyevə kifayət qədər yardım göstərilməməsindən şikayətlənib.
Bu barədə "Fox News"un müxbiri Bencamin Hall məlumat verib.
Onun sözlərinə görə, Ukrayna lideri söhbət zamanı heç nəyi gizlətməyib. Siyasətçi Qərbdən Ukraynaya əlavə yardımın göstərilməsi məsələsindən narahatdır.
Zelenski hesab edir ki, ABŞ Ukrayna Silahlı Qüvvələrini kifayət qədər maliyyələşdirmir. Dövlət başçısı potensial dəstəyin olmadığını qeyd edib.
"O, İsrailin həqiqətən bütün dünyanı Ukraynadan necə yayındırdığı barədə danışıb və hesab edir ki, bu, kritik məqamdır", - deyə müxbir əlavə edib.
Bundan əvvəl Pentaqonun Ukraynaya yeni hərbi yardım paketi təqdim etdiyi məlum olub. Buraya artilleriya və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxil olacaq.
Xəbər lenti
0