https://sputnik.az/20231122/yaxin-gelecekde-antibiotikleri-aptekden-reseptsiz-almaq-mumkun-olmayacaq-460781911.html
Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq
Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq
Sputnik Azərbaycan
E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T20:00+0400
2023-11-22T20:00+0400
2023-11-22T20:00+0400
antibiotik
səhiyyə
resept
aptek
səhiyyə nazirliyi
nazirlər kabineti
qərar
milli məclis
əhliman əmiraslanov
milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425557707_0:0:3073:1728_1920x0_80_0_0_4601e8c57fec75ba04f13e3c93b1958d.jpg
BAKI, 22 noyabr — Sputnik. "Yaxın gələcəkdə Azərbaycanda elektron resept sisteminə keçdikdən sonra apteklərdən antibiotikləri reseptsiz almaq mümkün olmayacaq". Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən milli konfransda çıxışında bildirib. O xatırladıb ki, qanunvericilikdə antibiotiklər reseptlə satılan dərmanlar sırasına daxil edilib. "Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb. E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək",-deyə o əlavə edib. Xatırladaq ki, bundan öncə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425557707_37:0:2768:2048_1920x0_80_0_0_6c49b6be602351f06fadca99b6890b65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
antibiotik, resept, aptek, səhiyyə nazirliyi, nazirlər kabineti, qərar, milli məclis, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
antibiotik, resept, aptek, səhiyyə nazirliyi, nazirlər kabineti, qərar, milli məclis, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq
E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.
BAKI, 22 noyabr — Sputnik. "Yaxın gələcəkdə Azərbaycanda elektron resept sisteminə keçdikdən sonra apteklərdən antibiotikləri reseptsiz almaq mümkün olmayacaq".
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən milli konfransda çıxışında bildirib.
O xatırladıb ki, qanunvericilikdə antibiotiklər reseptlə satılan dərmanlar sırasına daxil edilib.
"Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb. E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək",-deyə o əlavə edib.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.