DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna ABŞ-dan silah-sursat tədarükü azaldığı üçün böyük problemlərlə üzləşib

© Sputnik / Mediabanka keçidABŞ-dan silah-sursat
ABŞ-dan silah-sursat - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələri öz mövqelərini "çox baha qiymətə" itirə bilər.
BAKI, 22 noyabr — Sputnik. Ukrayna ABŞ-dan silah-sursat tədarükünün azalması səbəbindən böyük problemlərlə üzləşib.
Bu barədə "ABC" telekanalı anonim qalmaq istəyən ukraynalı rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, Kiyev ABŞ Konqresində Ukraynaya yardımla bağlı mövcud fikir ayrılıqları fonunda Amerikadan silah tədarükündən narahatdır.
"Bizim böyük problemlərimiz var. Əsas silah-sursatlar gəlmir" - Ukrayna rəsmisi telekanala bildirib.
O qeyd edib ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş meydanında öz mövqelərini "çox baha qiymətə" itirə bilər.
Bu yaxınlarda ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson federal hökumətin İsrail və Ukraynaya yardım etmədən müvəqqəti olaraq maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsi təqdim edib. Sənəd daha sonra Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənib.
ABŞ-ın maliyyə naziri Janet Yellen hesab edir ki, Kiyev tamamilə Vaşinqton və onun müttəfiqlərinin köməyindən asılıdır. Onun sözlərinə görə, ABŞ administrasiyası hazırda Konqresi Ukraynanı dəstəkləmək üçün yeni vəsaitlərin ayrılmasını təsdiqləməyə inandırmağa çalışır.
Xəbər lenti
0