https://sputnik.az/20231122/srail-ve-hemas-girov-mubadilesini-muzakire-edirler-460562405.html
HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib
HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib
Sputnik Azərbaycan
İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib. 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T09:34+0400
2023-11-22T09:34+0400
2023-11-22T09:47+0400
israil
dünya xəbərləri
həmas
qəzza
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459498631_0:160:3072:1888_1920x0_80_0_0_34ecd32c9b7772a47c9f31de57088c66.jpg
BAKI, 22 noyabr — Sputnik. HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.Bu barədə HƏMAS-ın teleqram sıhifəsində məlumat yayılıb.Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qüvvədə olacaq.İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.15.11.23, 11:34İsrail və HƏMAS girov mübadiləsini müzakirə edirlərİsrail və Fələstinin HƏMAS radikal hərəkatı danışıqlar zamanı təklif olunan "uşaqlar üçün uşaqlar" formuluna əsasən girovların dəyişdirilməsi variantını araşdırır. Bu barədə TASS İsrailin "Kan" dövlət televiziya və radio şirkətinə istinadən məlumat yayıb. Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda müvafiq təklif irəli sürülüb. "Kan"ın mənbələri bildiriblər ki, bu, İsraildə həbsdə olan fələstinli uşaqların müqabilində Qəzza zolağında saxlanılan israilli uşaqların azad edilməsini nəzərdə tutur. Telekanalın məlumatına görə, danışıqlar hələ də davam edir və hələlik yekun razılaşma yoxdur. İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar. Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459498631_171:0:2902:2048_1920x0_80_0_0_3a228774a1824cdcd77cabf582359b38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, həmas, qəzza, fələstin
israil, həmas, qəzza, fələstin
HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib
09:34 22.11.2023 (Yenilənib: 09:47 22.11.2023) İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.
BAKI, 22 noyabr — Sputnik. HƏMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.
Bu barədə HƏMAS-ın teleqram sıhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.
Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qüvvədə olacaq.
İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.
İsrail və HƏMAS girov mübadiləsini müzakirə edirlər
İsrail və Fələstinin HƏMAS radikal hərəkatı danışıqlar zamanı təklif olunan "uşaqlar üçün uşaqlar" formuluna əsasən girovların dəyişdirilməsi variantını araşdırır. Bu barədə TASS İsrailin "Kan" dövlət televiziya və radio şirkətinə istinadən məlumat yayıb.
Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda müvafiq təklif irəli sürülüb. "Kan"ın mənbələri bildiriblər ki, bu, İsraildə həbsdə olan fələstinli uşaqların müqabilində Qəzza zolağında saxlanılan israilli uşaqların azad edilməsini nəzərdə tutur.
Telekanalın məlumatına görə, danışıqlar hələ də davam edir və hələlik yekun razılaşma yoxdur.
İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.