https://sputnik.az/20231122/soltsun-ofisinde-rusiya-ile-razilasmanin-en-qizgin-terefdarlari-calisir-460769396.html
Şoltsun ofisində Rusiya ilə razılaşmanın ən qızğın tərəfdarları çalışır
Şoltsun ofisində Rusiya ilə razılaşmanın ən qızğın tərəfdarları çalışır
Sputnik Azərbaycan
Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır. 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T22:01+0400
2023-11-22T22:01+0400
2023-11-22T22:01+0400
olaf şolts
dünya xəbərləri
ofis
rusiya
abş
avropa
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459521245_0:0:3078:1731_1920x0_80_0_0_15294e96a662ed41f743341352cc9fea.jpg
BAKI, 22 noyabr — Sputnik. Ukraynada Qərb strategiyasının uğursuzluğu Rusiya ilə danışıqlara dəstəyin artmasına səbəb olub. Ən qızğın tərəfdaşlar isə Almaniya kansleri Olaf Şoltsun ofisində çalışırlar. Bunu Amerikanın Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin rəhbəri Konstans Şteltsenmüller "Financial Times" üçün yazdığı məqalədə bildirib. Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları rusiyapərəst əhval-ruhiyyəni gücləndirir. Şteltsenmüller əlavə edib ki, Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır. Ekspert hesab edir ki, ABŞ və Almaniyanın Ukraynada tətbiq etdiyi məhdud müdaxilə strategiyası iflasa uğrayıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Kiyevin döyüş meydanında uğur qazanmadığını bildirən açıqlamaları göstərir. Daha əvvəl "Weltwoche"nin şərhçisi Volfqanq Koydl Ukrayna lideri Vladimir Zelenskinin Rusiya tərəfi ilə sülh danışıqları aparmaq niyyətində olmadığı barədə fikir bildirib. Ona görə də proses onun iştirakı olmadan başlaya bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459521245_248:0:2979:2048_1920x0_80_0_0_b82467589b9658acc3038f58cde26315.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
olaf şolts, ofis, rusiya, abş, avropa, ukrayna
olaf şolts, ofis, rusiya, abş, avropa, ukrayna
Şoltsun ofisində Rusiya ilə razılaşmanın ən qızğın tərəfdarları çalışır
Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır.
BAKI, 22 noyabr — Sputnik. Ukraynada Qərb strategiyasının uğursuzluğu Rusiya ilə danışıqlara dəstəyin artmasına səbəb olub. Ən qızğın tərəfdaşlar isə Almaniya kansleri Olaf Şoltsun ofisində çalışırlar.
Bunu Amerikanın Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin rəhbəri Konstans Şteltsenmüller "Financial Times" üçün yazdığı məqalədə bildirib.
Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları rusiyapərəst əhval-ruhiyyəni gücləndirir. Şteltsenmüller əlavə edib ki, Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır.
Ekspert hesab edir ki, ABŞ və Almaniyanın Ukraynada tətbiq etdiyi məhdud müdaxilə strategiyası iflasa uğrayıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Kiyevin döyüş meydanında uğur qazanmadığını bildirən açıqlamaları göstərir.
Daha əvvəl "Weltwoche"nin şərhçisi Volfqanq Koydl Ukrayna lideri Vladimir Zelenskinin Rusiya tərəfi ilə sülh danışıqları aparmaq niyyətində olmadığı barədə fikir bildirib. Ona görə də proses onun iştirakı olmadan başlaya bilər.