Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Laçının daha 81 sakini doğma yurduna qayıdıb

© Photo : AZƏRTACZabux kəndinə ilk köç karvanı yola salınıb
Zabux kəndinə ilk köç karvanı yola salınıb
 - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
BAKI, 22 noyabr — Sputnik. Bu gün Laçına növbəti köç baş tutub.
Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.
18.11.23, 18:24
Növbəti köç karvanı Laçının Zabux kəndinə çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 18-də Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
Laçın rayonunun Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 103 sakinin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar. Sakinlər illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınıb.
Qeyd edək ki, noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb. Zabux kəndi həmin gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.
Bununla da Zabuxa qayıdan ailələrin sayı 71-ə, sakinlərin sayı isə 291 nəfərə çatıb. Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.
16.11.23, 10:54
Laçının Zabux kəndinə ikinci köç - 25 ailə doğma yurduna qayıdır
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Paytaxtda və Abşeronda məskunlaşan 20 ailə (71 nəfər) noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşüblər.
Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşan 5 ailə (23 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və onlar Horadiz şəhərində köç karvanına qoşulacaqlar. Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Tərtər rayonundan 2 ailə (10 nəfər), Bərdə rayonundan 1 ailə (5 nəfər), Qax rayonundan 1 ailə (4 nəfər), Lənkərandan 1 ailə (4 nəfər).
Ümumilikdə bu dəfə kəndə 25 ailə - 94 nəfər köçürülür.
Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin sayı ümumilikdə 46-ya (188 nəfər) çatıb.
Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.
Xəbər lenti
0