https://sputnik.az/20231122/emek-pensiyalarinin-yeniden-hesablanmasi-qaydasina-deyisiklik-edilib-460774960.html
Əmək pensiyalarının yenidən hesablanması qaydasına dəyişiklik edilib
Əmək pensiyalarının yenidən hesablanması qaydasına dəyişiklik edilib
Sputnik Azərbaycan
Ailə başçısının itirilməsi pensiyasının təyinatı üçün arayışın təqdim edilməsi tələbi aradan qaldırılır. 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T17:18+0400
2023-11-22T17:18+0400
2023-11-22T17:18+0400
pensiya
cəmiyyət
əmək pensiyası
"əmək pensiyaları haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796477_0:0:3072:1728_1920x0_80_0_0_b6f320d7d498a6f3a3604c7b4c549de3.jpg
BAKI, 22 noyabr — Sputnik. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Qərara əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir: - əmək pensiyası minimum məbləğə çatdırılır; - maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir; - əmək pensiyası indeksləşdirilir. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir. Qərarla təsdiq edilmiş qaydaya əsasən: - "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır; - Kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün "müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti" ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq; - "Əmək pensiyaları haqqında" Qanuna əsasən 2017-ci il 1 iyul tarixinədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonra isə 2 faizi (Müdafiə Nazirliyi üzrə - 3 faizi) hesablanması şərti həmin dəyişikliyi ehtiva edən Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixi əsas Qanunun mətnində görünmədiyindən aydınlıq baxımından Qaydalara əlavə olunur; - Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796477_311:0:3042:2048_1920x0_80_0_0_7f2c1d7b56a6ad3982b7ee4492505ae6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, əmək pensiyası, "əmək pensiyaları haqqında" qanun
pensiya, əmək pensiyası, "əmək pensiyaları haqqında" qanun
Əmək pensiyalarının yenidən hesablanması qaydasına dəyişiklik edilib
Ailə başçısının itirilməsi pensiyasının təyinatı üçün arayışın təqdim edilməsi tələbi aradan qaldırılır.
BAKI, 22 noyabr — Sputnik. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- əmək pensiyası minimum məbləğə çatdırılır;
- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;
- əmək pensiyası indeksləşdirilir.
Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr əvəzləşdirilir.
Qərarla təsdiq edilmiş qaydaya əsasən:
- "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır;
- Kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün "müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti" ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq;
- "Əmək pensiyaları haqqında" Qanuna əsasən 2017-ci il 1 iyul tarixinədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonra isə 2 faizi (Müdafiə Nazirliyi üzrə - 3 faizi) hesablanması şərti həmin dəyişikliyi ehtiva edən Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixi əsas Qanunun mətnində görünmədiyindən aydınlıq baxımından Qaydalara əlavə olunur;
- Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.